Rəhman surəsi, 68, 70, 72, 74, 76-78, 48, 50, 52, 54, 56, 58, 62, 64 və 66-cı ayələrinin təfsiri

2014-09-28 42

 

Hörmətli Adnan Oktarın 23 yanvar 2013-cü ildəki söhbətindən Rəhman surəsi ilə bağlı izahları.

 

ADNAN OKTAR: Rəhman surəsi, 68-ci ayə:  "İçərilərində hər növdən meyvə, bənzərsiz xurma və bənzərsiz nar vardır".  Yəni heç bənzəri olmayan və nar. Məsələn, indi insanlar narı yeyə bilmir. Çoxu turş olur. Xurma da çox çətin yetişdirilir, istədiyi keyfiyyətdə olmaz. Amma Allah bənzərsiz deyir. Son dərəcə gözəl nar və xurma var deyir.

70-ci ayə:  "Orada xasiyyətləri gözəl, üzləri gözəl qadınlar vardır".  İndi çox gözəl qadınlar olur, amma xasiyyəti çirkindir, insan narahat olur. Məsələn, insan çox xoşagələn qadınla qarşılaşır, amma xasiyyəti pisdirsə, nifrət meydana gəlir, yəni diksinirsən, mənfi gəlir. Amma xasiyyəti gözəldirsə, üzü də gözəldirsə, sizin kimi maşaAllah, o zaman çox böyük nemət olur.

72-ci ayə:  "Otaqlar içində qorunmuş huri qadınlar".  Çadır içində, qorunmuş. Haradan qorunur? Yəni bir qurd yoxdur, orada bir təcavüzkar yoxdur qoruna. İffəti qorunmuş, namusu qorunmuş, tərtəmiz qadınlar qorunmuşdur. Kimədir bu qorunma? Qıraqdan qorunur. Halalındanmı qorunur? Halalından qorunma yoxdur. Halalına aiddir. Yəni bu qorunmaqda məqsəd, bəzi adamlar səhv başa düşə bilər. Yəni halalından qorunmur. Çadırın içində onsuz da halalı ilə birlikdədir. Çöldə hər hansı bir adam onları əlləmir, toxunmur. Allah deyir: "Nə ins, nə də cins onlara toxunmamışdır". Yalnız halalına aiddir. Namusun da, insanların nə qədər xoşuna gəldiyini buradan anlamış oluruq. Çünki namuslu bir qadın çox təsir edicidir. Amma namussuz bir qadın, həqiqətən, insana təsir etməz, insan diksinir, mənfur hesab edir, çox pisdir, Allah qorusun. Baxın, ayədə deyir ki: Şeytandan Allaha sığınıram.

74-cü ayə:  "Bundan əvvəl  , yəni halalına təslim edilmədən əvvəl, bundan əvvəl dediyi halalına təslim edilmədən əvvəl axirətdə,  "bundan əvvəl özlərinə",  yəni bu xanımlara  "nə bir insan, nə də bir cin toxunmamışdır".  Cinsi əlaqəyə girməmişdir deyir. İffətləri tərtəmizdir.

76-cı ayə:  "Yaşıl balışlara və təəccüblü gözəllikdəki döşəklərə söykənmiş olacaqlar."  Ana rəng də yaşıldır. Yaşılın üstünə bəzəklər edilir. Cənnətin hamısına, düzənliyinə baxdığımızda cənnətin, ucsuz-bucaqsız, məsələn, yüz minlərlə kilometr ucu-bucağı olmayan düzənlik, yamyaşıldır cənnət. Yəni başqa bir rəng görməzsən. Sadəcə baxarsan, hər yer yaşıl görünər. Yaxınlaşdıqda, yəni təfərrüatlara baxıldığında, evləri, villaları, bağçaları ayrı-ayrı dizayn edilmişdir. " Yaşıl balışlara və möhtəşəm gözəllikdəki döşəklərə söykənmiş olacaqlar".  Döşək bizim bildiyimiz dümdüz yataqdır. Müxtəlif markaları var, süngərdən döşək, heç bir xüsusiyyəti olmaz. Oradakı döşək elə deyil, nəfəskəsici bir döşəkdir. Onun sənətindən insan doymur. Nə deyir;  "möhtəşəm gözəllikdə."  Möhtəşəm nə deməkdir? Elektrik vurması kimidir. Döşəyə baxan kimi insanın nəfəsi kəsilir. O qədər gözəldir. Yastıqlar bir başqa gözəldir.

77-ci ayə:  "Belə olduqd a Rəbbinizin hansı nemətini yalan saya bilərsiniz?" Allah deyir. 

78-ci ayə:"Cəlal və ikram sahibi olan Rəbbinin adı nə qədər ucadır"  Allah deyir maşaAllah.

Allah, şeytandan Allaha sığınıram, Rəhman surəsində cənnəti açıqlayarkən, bax 48-ci ayədə "növ-növ" deyir, çox zəngin növ, "incəliklər", məsələn, bu stəkanın içində incə-incə kristallar var. Məsələn, bu bir incəlikdir, təfərrüatdır. Bu, insanın xoşuna gəlir. Bu düz bir şüşə olsa, təsiri o qədər olmaz. Onun üçün Allah deyir ki; "Növbənöv incəliklərə"  bir də şüşənin üstündə işləmə olsa, baxın şüşənin üstündə incə-incə xətlər var, almaz kəsim edilmiş və məsələn, hər nöqtədə ayrıca kiçik inci kimi şüşə içində boşluq var, bu da bir təfərrüatdır. Təfərrüat insanın çox xoşuna gəlir. Onun üçün nə deyir Allah; "Növbənöv incəliklərə və gözəlliklərə sahibdirlər", amma çeşid-çeşid ucu-bucağı yoxdur.

50-ci ayə: "İkisində də axmaqda olan iki bulaq vardır". Əsas bulaqlar, yəni mələklərin orada, yaxud qılmanların piyalələrini doldurduğu bulaqlardır.

52-ci ayə: "İkisində də hər meyvədən iki cüt vardır". Amma hər meyvə məsələn; alma varsa iki cüt, iki növ var. Armud varsa iki növdədir.

54-cü ayə: "Astarları, zərif işlənmiş ipəkdən yataqlar" yatağın astarları zərif işlənmişdir, o qədər incə təfərrüat var ki. İndi biz zərif işlənmiş bir xalat görürük, nə qədər möhtəşəm işlənilib. Onun doğrusu nədir bilirsiniz? Kiminsə işlədiyi deyil, Allah işləyir onu. Cənnətdəki sistem bu dünyada etibarlıdır, amma insanlar fərqində deyildirlər. Belə ki, kiminsə etdiyini düşünür. Halbuki, səbəb olaraq Allah elə göstərdiyi üçün elə zənn edirlər. Məsələn, saata baxırlar, nə qədər möhtəşəm fabrik nə qədər gözəl saat düzəldib deyirlər. Heç bir fabrik saat düzəltməz. Hamısını Allah yaradır, amma fabrik edirmiş kimi göstərdiyi üç