Bəqərə surəsi, 268-ci ayənin təfsiri

2014-09-24 1

Hörmətli Adnan Oktarın 14 may 2013-cü il tarixli söhbətindən Bəqərə surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Bizə sığınan qardaşlarımıza bəzi insanlar: "Biz özümüzə pul çatdıra bilmirik, özümüzə xərcləyəcək pulumuz yoxdur. Özümüzə yemək tapa bilmirik, bu insanları nə edək? Göndərək, gəlməsinlər, yoxsa biz ac qalacağıq"- kimi bir üslub istifadə edirlər. Allah Bəqərə surəsi, 268-ci ayədə bu cür düşünən insanlara belə deyir: "Şeytan sizi yoxsulluqla qorxudaraq…" Deməli, bu cür fikirlər şeytanın vəsvəsəsidir. "Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət vədəsi verir." Yəni bol nemət, yaxşılıq, gözəllik vəd edir. "Allah (mərhəməti ilə) genişdir." Allah: "Ac qalmazsınız. Mənim rəhmətim hər yeri əhatə edir, Mənim bərəkətim, rəhmətim hər yeri əhatə etdiyi üçün belə bir şey olmaz."- deyir. "Və biləndir"-deyir Allah. Şeytan, insanları kasıblıqla qorxutmasın və pisliyi əmr etməsin. Cinayət işləyən adamlara, qatillərə: “Haydı, gedin, sizə nə edirlərsə qoy etsinlər” desən, zülm olar. Çox böyük günahdır.