Ənam surəsi, 5-ci ayənin təfsiri

2014-09-24 6

Hörmətli Adnan Oktarın 7 may 2013-cü il tarixli söhbətindən Ənam surəsi ilə əlaqədar şərhlər.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah Ənam surəsi, 5-ci ayədə belə buyurur; "Onlara haqq (Quran) gəldikdə onu yalan saydılar." Yəni hz. Mehdi (ə.s) və yaxud Məsih (ə.s) gəldiyi zaman yalanladılar. Əlbəttə ki, bu ayə Peyğəmbərimiz (s.ə.v)-ə xitab edilir. "İstehza etdiklərinin xəbərləri onlara tezliklə gəlib çatacaq!" Yəni lağ edərlər, hz. Mehdi (ə.s), hz. İsa Məsih (ə.s) çıxdığı zaman inkarçılar lağ edərlər. Məsxərəyə qoymaq küfr əhlinin xüsusiyyətidir. "İstehza etdiklərinin xəbərləri onlara tezliklə gəlib çatacaq!" Xəbərləri 1992-ci ildə gələr. Hz. Mehdi (ə.s) gələcək. Deməli, 1992-ci il çox əhəmiyyətli bir tarixdir. Görün nə qədər mənalıdır: "İstehza etdiklərinin xəbərləri "-deyir Allah. Allah bir xəbər demir, "xəbərləri" deyir. Yəni, hz. Mehdi (ə.s) ilə əlaqədar xəbərlər,  hz. Mehdi (ə.s)-ın çıxış əlamətləri ard –arda həyata keçəcək. "İnkarçılar inadla: "Olmaz"-deyirlər, amma olur.