Rad surəsi, 42-ci ayənin təfsiri

2014-09-23 21

Hörmətli Adnan Oktarın 7 may 2013-cü il tarixli söhbətindən Rad surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah Rad surəsi, 42-ci ayədə belə buyurur:  "… Kafirlər axirət yurdunun kimin olacağını…" -yəni, dünyanın sonu kimindir- "çox yaxında biləcəklər."  Əbcədi 1990-cı və 2074-cü il tarixini verir. Şəddəsiz 1990-cı il tarixini, şəddəli 2074-cü il tarixini verir. 2074-2080-cı illər, İslamiyyətin, mehdiyyətin ən canlı dövrləridir. Amma 2080-cı illərdən sonra geriləmə başlayacaq. Allah, islamiyyətin, mehdiyyətin 2074-cü illərə qədər davam edəcəyini göstərir. 1990-cı illərdə də mehdiyyətin hücuma keçəcəyi aydın olur.  "…Kafirlər axrət yurdunun kimin olacağını…"  Kimindir? Hz. Mehdi (ə.s) və İsa Məsih (ə.s)-ındır.  "…Çox  yaxında biləcəklər." -deyir, Allah. İndi çox az qalıb, çox yaxındır. "Axirət yurdunun kimin olacağını çox yaxında biləcəklər." Çünki əvvəllər dəccala aid idi, dəccal hakimiyyəti var idi, indi isə hz. Mehdi (ə.s)-ın hakimiyyətidir.  Allah “Hadi” adıyla təcəlli edir. "Kafirlər," yəni darvinistlər, materialistlər, ateistlər, vəhşi kapitalistlər, kommunistlər, faşistlər, hamısı "çox yaxında biləcəklər" deyir Allah. Vaxtın da az olduğu aydın olur. Məsələn, 2074-cü il. Bədiüzzaman: “2080-cı illərdən sonra geriləmə başlayacaq." -deyir. Hakimiyyətin nə qədər qısa davam edəcəyi buradan aydın olur.