Azərbaycan güləşçisi Rəsul Cunayev Ermənistan güləşçisi Varşam Boranyanı sürüdü

2014-09-14 66

Özbəkistanın paytaxtı Daşkənddə böyüklər arasında güləş üzrə dünya çempionatına yekun vurulub. Lent.az-ın məlumatına görə, yarışda 71 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Rəsul Çunayev ilk görüşdə Yaponiya idmançısı Noritomo Etonu məğlub edib. Ardınca idmançımız ABŞ təmsilçisi Castin Lesteri çətinliklə olsa da yenib. Türkiyə idmançısı Yunus Özellə görüşdən isə məğlub ayrılan Rəsul Çunayev rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. Rumıniya güləşçisi İonel Puskasu üzərində qələbə güləşçimizə bürünc medal şansı verib.

Bürünc medal uğrunda görüşdə Rəsul Çunayev ermənistanlı Varşam Boranyanla qarşılaşıb və rəqibini məğlub edərək çempionatı üçüncü pillədə başa vurub. Maraqlıdır ki, erməni idmançını böyük üstünlüklə məğlub edən güləçimiz hakimin onu qalib elan etməsindən sonra döşəkdə hərbi addımlarla irəliləyərək hərbi salam verib.

Free Traffic Exchange