Hörmətli Adnan Oktarın 21 oktyabr 2013-ci il tarixli söhbətindən Yunis surəsi ilə əlaqədar şərhləri.
Adnan Oktar: Yunis surəsinin 39-cu ayəsində belə deyilir, şeytandan Allaha sığınıram: “Xeyr! Onlar elmini qavraya bilmədikləri və hələ yozumu onlara gəlməmiş bir şeyi (Quranı) yalan hesab etdilər”. Yəni, hələ də reallaşmayan, məsələn, zühur etməyən hz. Mehdi (ə.s) və ya hz. İsa Məsih (ə.s) mənasına gəlir. Özlərinə hələ yozumu gəlməmiş və həyata keçməmiş Allahın vədi mənasını verir. “Xeyr! Onlar elmini qavraya bilmədikləri…” Yəni, Mehdilik və hz. İsa Məsih (ə.s) ilə əlaqədar xəbərlərin elmini qavraya bilmədiklərini bildirir Allah. Məhz buna görə də, bəzilərinin başa düşməyinə görə gecə-gündüz danışırıq. “Və hələ yozumu onlara gəlməmiş…”, yəni, vəd olunan hələ reallaşmayan bir hadisə deməkdir. Amma, hələ reallaşmamışdan onu təkzib edirlər. Bəs ayədə nə deyilir? “Bir şeyi (Quranı) yalan hesab etdilər. Onlardan əvvəlkilər də yalan hesab etmişdilər”. Yəni, peyğəmbər gəlir, lakin təkzib edirlər. Hz. Musadan sonra peyğəmbər gəlməyəcək dedilər, lakin hz. İsa (ə.s) gəldi. Hz. İsa (ə.s)-dan sonra peyğəmbər gəlməyəcək dedilər, lakin hz. Məhəmməd (s.ə.v) gəldi. Hz. Yusif (ə.s)-ın dövründə, hz. Yusif (ə.s)-dan sonra peyğəmbər gəlməyəcək demişdilər, lakin yenə peyğəmbər gəldi. İndi də, “Hz. Mehdi (ə.s) gəlməyəcək” deyirlər, lakin gələcək. “Hz. İsa Məsih (ə.s) gəlməyəcək” deyirlər, o da gələcək. “Xeyr! Onlar elmini qavraya bilmədikləri…”-deyilir ayədə. Yəni, bu mövzuya aid ətraflı məlumatlarının olmadığını, Axırzaman hədislərini və Qurandakı işarələri bilmədiklərini, Quranda hz. İsa Məsih (ə.s)-ın gələcəyinə aid ayələrdən xəbərsiz olduqlarını, Hz. Mehdi (ə.s)-a aid olan hədislərin bu qədər səhih olduğundan xəbərlərsiz olduqlarını bildirir Allah. Ona görə “bir şeyi (Quranı) yalan hesab etdilər”. İndi də hz. Mehdi (ə.s)-ı və hz. İsa Məsih (ə.s)-ı da təkzib edirlər elə deyilmi? Halbuki, hz. Mehdi (ə.s) da, hz. İsa (ə.s) da haqdır. Allah Yunis surəsinin 39-cu ayəsində bu həqiqəti belə bildirir və həmişə belə edərlər deyir: “Onlardan əvvəlkilər də yalan hesab etmişdilər”. Yəni, “zühur etməyəcək, olmayacaq” dediklərini bildirir Allah. “Bir gör zalımların aqibəti necə oldu”-deyir Allah. Allah zülm etdiklərinə görə belə etdiyini deyir. Tək məqsədləri zülm etməkdir, zalım olduqlarına görə də başa düşməməzlikdən gəlirlər. “Gör zalımların aqibəti necə oldu”-deyir Allah, yəni Allahın onlara vəd etdiyi həqiqətləri inkar etdikləri təqdirdə, onlara daxili və xarici döyüşlər, bəlalar, xəstəliklər, dövlətlərinin dağılması, qarışıqlıq, aclıq və çətin dolanışıqla zülm edəcəyini deyir. “İçərilərində ona (Qurana) inananlar da var, ona inanmayanlar da var. Rəbbin fitnə-fəsad törədənləri daha yaxşı tanıyır”. Məsələn, hz. Mehdi (ə.s)-ın və hz. İsa Məsih (ə.s)-ın gələcəyinə inanan da var, inanmayanda var. “Rəbbin fitnə-fəsad törədənləri daha yaxşı tanıyır”-deyir Allah. Yəni müsəlmanları parçalayan insan, bir birliyi parçalamış olduğuna görə, ona fitnə-fəsad deyilir. Müsəlmanları parça-parça edərək, bir-birinə qırdıranda isə buna təxribatçılıq deyilir. “Əgər səni yalançı hesab etsələr…”-yəni sənin düz danışmadığını deyib, yalan danışdığını iddia etsələr-“…de: “Mənim əməlim mənə…”, yəni mən İslamı təbliğ edəcəyəm, hz. Mehdi (ə.s)-ın və hz. İsa Məsih (ə.s)-ın gələcəyini deyəcəyəm. “Sizin əməliniz isə sizə aiddir”, yəni siz də bunu inkar edirsiz, qəbul etmirsiniz, “gəlməyəcək, bu yalnız bir iddiadan ibarətdir, yüz illər sonra gələcək” və başqa şeylər deyirsiniz. “Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir. Siz mənim etdiyim əməldən uzaqsınız…” Yəni, mənim dediklərimə əməl etməkdən uzaqsınız. “Mən də sizin etdiyiniz əməllərdən uzağam”, yəni sizin kimi həddimi aşan deyiləm. “Onlardan səni dinləyənlər də vardır”. Bu ayə həm Peyğəmbərimiz (s.ə.v)-ə, həm də Axırzamana aiddir. “Onlardan səni dinləyənlər də vardır”-deyir Allah. Yəni bu insanlar hz. Mehdi (ə.s)-ın və hz. İsa Məsih (ə.s)-ın tələbələridir. “Məgər karlara–əgər anlamırlarsa sənmi eşitdirəcəksən?” Allah: “Anlamırlarsa sən mi eşitdirəcəksən?”-deyir. “Onlardan sənə baxanlar da vardır.” Yəni, baxır, lakin boş və mənasız baxır. “Məgər korları –əgər görmürlərsə (bəsirəti yoxdursa)–sən mi doğru yola yönəldəcəksən?”-buyurur Allah. Yəni, həm kordur, həm də bəsirəti yoxdur. Kor dediyəndə, həqiqi mənada (fiziki cəhətdən) kor olanı deyil, mənəvi cəhətdən kor olanı nəzərdə tutulur. Kor olmaq imtahan cəhətdən mükəmməl bir şeydir, insanın məqamını artırar. Amma kor olanları üstəlik bəsirəti də kor olanları bu qədər açıq dəlilə baxmayaraq anlamırlarsa “sən mi doğru yola yönəldəcəksən?” Yəni, sən mi hidayət