Quranda Cənnət ilə əlaqəli ayələrin təfsiri

2014-05-31 168

Sayın Adnan Oktarın 27 noyabr 2013-ci il tarixli söhbətindən Quranda Cənnət ilə əlaqəli ayələrin şərhləri.

ADNAN OKTAR: Nəbə surəsi, 78-ci surə. Şeytandan Allaha sığınıram. "Həqiqət budur ki" deyir Allah, "müttəqilər üçün qurtuluş və xoşbəxtlik vardır". Bax, həm xilas, həm də xoşbəxtlik. Şeytandan Allaha sığınıram. "Necə bağlar və üzüm bağları" insanın bağlara qarşı müdhiş bir sevgisi var. Bağçaları çox çətin görə bilirik. Məsələn, "üzüm bağları" deyir, yol üstündə bir çay evi var, köhnə orada bir üzüm budağı var, hər gələndə çox xoşuma gələr. Tokatda da mən elə görərdim evlərin qarşısında, belə kiçik bir budaq üzüm əkərlər, onun üzərində elə üç-dörd dənə üzüm olardı. Üzümə qarşı deməli, insanın ürəyində bir sevgi var. Bədiüzzaman da bu cür salxımı asarmış, uzun-uzadı baxarmış. "Sinələri hələ yenicə tumurcuqlanmış həmyaşıd qızlar" həmyaşıddır. O demək ki, insanın fitrətində var, yaşıd olanda daha da xoşuna gələr insanın. Sinələri yenicə tumurcuqlanmış deyərkən, sinələri gözəl, dik və formalı olması deməkdir. Qadın sinəsinin gözəlliyinə də Allah Quranda diqqət çəkir. "Dopdolu qədəhlər" Qədəhə qarşı da insanda bir sevgi var. Fitrətən. Həqiqətən stəkan olaraq qədəh gəlir, insan davamlı seyr etmək istəyir. Məsələn, hissiyyat olaraq, cənnətdən qalma bir hissiyyat, qədəhə qarşı bir məhəbbət var. "Cənnətin içində" deyir Allah "nə boş bir axmaq söz eşidərlər, nə yalan" demək ki, boş və axmaq sözlər insanı o qədər böhrana salır ki, yalanlardan insanlar o qədər bezir ki, cənnətdə heç yalan olmadığı üçün, heç boş söz olmadığı üçün çox xoşbəxt olur insan. Heç boş söz eşitmirsən, yalan da eşitmirsən.

Niyə? Ayədə Allah Quran ayəsində "qadınların sinələri yeni tumurcuqlanmış düzgün və gözəldir " deyir. Bundan narahat olan biri varsa, bir problemi vardır. Allah söyləyir. "Allahın ayəsindən mən narahat oluram" deyirsə, mənim ona cavabım olar. Qanunla, hüquqla əlbəttə ki! "Həqiqət budur ki" deyir Allah "biz onları yeni bir yaradılışla inşa edib yaratdıq" yəni yeni fizika qanunlarıyla. Yeni bioloji qanunlarla! Məsələn, ürək var, amma bədəndə qan yoxdur. Ciyər var, amma havaya ehtiyac yoxdur, oksigenə ehtiyac yoxdur. Cənnət havasını nəfəs almaq üçün ciyər var. Yəni ciyərin başqa bir funksiyası yoxdur. Cənnətin qoxusunu almaq üçündür. Bir gözəllik olaraq var. Ürək var, ürək döyüntüsü var, amma həyəcanı və sevgini ifadə etmək üçün var. Çünki bədəndə qan yoxdur. Yeni yaradılışla yaradılıb. "Onları beləcə bakirə qızlar etdik." İffətin insana təsiretmə hissiyyatına Allah diqqət çəkir. Bakirə, yəni heç cinsi əlaqəyə girməmiş, tərtəmiz, iffətli xanımlardır. "Onları beləcə bakirə qızlar etdik." Bax "Ərlərini sevgiylə tutqun" ehtirasla və sevgiylə bağlı "və həmişə yaşıd" necə olur həmişə yaşıd? Cənnətə girir, ilk min il keçir, yoldaşı eynidir, on min il keçir yenə eynidir. Ayə nə deyir? Həmişə yaşıd deyir, bax yaşıd demir, həmişə həmyaşıdlar edəcəyik. Həmişə həmyaşıdlar edəcəyik. Bir milyon il keçir, yenə yaşıddır, yaşı artmır. Çünki fizika qanunu dəyişmişdir. Maddədə yaşlanma olmur. Bu termodinamikanın ikinci qanunu var, o işləmir, cənnətdə o yoxdur. O qanunu Allah ləğv edib. Yəni hər şey məhv olub, pozulmağa məruz qalır, amma orada olmur. Onsuz da adi halda budur. Çünki görünüşün yaşlanması və pozulması onsuz da möcüzə olaraq yaradılır. Görünüş niyə yaşlansın? Bir kaset olur, videokaset, iyirmi il əvvəlki filmi qoyuruq yenə eynidir. Otuz il sonra qoyuruq yenə eynisi. Nə adamlar yaşlanır, nə görüntü yaşlanır, heç bir şey olmur. Nə də mövzu dəyişir heç bir şey olmur. Sad surəsi, 38, 50-ci ayə "Ədn cənnətləri, qapıları onlara açılmışdır." Qapılar, cənnət qapıları var. Bəlkə bunlar işıq qapılarıdır. Kafirin girə bilmədiyi yalnız möminlərin girdiyi işıq qapıları. Bəlkə cənnət qapıları onları yandırır, amma mömin rahatca keçir. Onların bədəni həssasdır, girə bilmirlər. Çünki bax, Allah ayədə cəhənnəm üçün "nə onları saxlayır, nə də buraxar" deyir. Qaçmaq istəyirlər, tutulmadıqları üçün qaçmaq istəyirlər, amma çıxa bilməmək də var. "Möminlər də" deyir "onları cənnətdə taxtlar üstündə gülərək seyr edərlər" deyir, onların hiyləgərliklərini, oyunlarını. "Möminlərə onlar gülürdülər" Allah əvvəlki ayədə deyir, "indi möminlər onlara gülür" deyir "taxtlar üstündə". "İçində söykənib dayanıblar. " Bir milyon il, on milyon il keçir cənnətdə hələ də söykənib, söykənmək istəyir insan. Yorulmadığı halda kürəyi də ağrımır, bir yorğunluq da hiss etmir, amma hissiyyat olaraq adət etdiyinə görə,yəni dəhşətli bir istək duyur söykənib durmaq üçün. Məsələn, "oh" deyib gəlib oturur. Sən yorulmadın. Məsələn, milyonlarla il ayaq üstə dayana bilər insan, cənnətdə yorğunluq olmaz. Məsələn, şəkillərdə insanlar olur, o şəkil yorularmı? Yorulmaz. Cənnətdə də elə. Yorulmaq deyə bir mövzu olmaz. Amma möcüzə olaraq &nbs