Hörmətli Adnan Oktarın 2 yanvar 2014-cü il tarixli söhbətindən Yusif surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: Yusif surəsi, qovulmuş şeytandan Allaha sığınaram: "Biz bu Quranı sənə vəhy etməklə sənə ən gözəl hekayəti danışırıq. Halbuki, sən bundan əvvəl xəbərsiz olanlardan idin". (Yusif surəsi, 3) Burada Allahın, Peyğəmbər (s.ə.v)-i qeyb barədə məlumatlandırmağından bəhs olunur. Bəzi din xadimləri televiziyaya çıxır və inadla "Peyğəmbər qeybi bilməz"-deyirlər. Allah Allah. Allah isə: “Bilər, Mənim bildirməyimlə bilər"-deyir. Onlar da inadla "bilməz" deyirlər. Allah peyğəmbərə qeybi bildirsə, peyğəmbərlər bilər.
"Bir zaman Yusif atasına:" “Yusif və ata”- burada bir işarə var. Buradakı hər sözdə bir işarə var. "Ata, həqiqətən mən (yuxumda) on bir ulduz, günəşi…" Sayı neçə edir? On iki. On bir ulduz, ən sonu günəş, ən böyüyü parlaq olan, işıq saçan, hz. Mehdi (ə.s)-a işarə edir. Yəni, on ikinci imam. Peyğəmbərimiz (s.ə.v) deyir; "On iki imam gələcək, on ikincisi Mehdi (ə.s)-dır." On iki imam, "sonuncusu övladlarımdan Mehdi (ə.s)-dır." On bir dənə ulduz, yəni on bir imam gəldi, sonuncusu günəş olan hz. Mehdi (ə.s)-dır. Onsuz da hədislərdə həmişə günəş kimi, Risalə-i Nurda da Bədiüzzaman, hz. Mehdi (ə.s)-ı günəş kimi ifadə edir. "O fəcri qazıb da olsa, otuz qırx il sonra fəcri sadiq çıxacaq." Fəcri sadiq-günəş mənasını verir. "On bir ulduz"-deyilir ayədə. Ulduzlar bir dəfə (quyruqlu ulduzlar) ard-arda bu dövrdə ortaya çıxdı. Halley quyruqlu ulduzu, Lulin quyruqlu ulduzu, bu yaxınlarda yenə də bir quyruqlu ulduz çıxdı. Günəş də ən böyük əlamət oldu, hədislərdə də bu var. "Günəşdə hz. Mehdi (ə.s) dövründə böyük bir əlamət olacaq"-deyilir hədisdə. Yəni, günəş və ay tutulmalarıdır. Ramazan ayında on beş gün arayla ay və günəş tutulmaları tarixdə ilk dəfə oldu. Quranda bu günəş və ay tutulmalarına diqqət çəkilir. Hz. Mehdi (ə.s)-ın çıxış əlaməti olaraq, "Günəş və ayı gördüm, mənə səcdə etdiklərini gördüm"-deyilir ayədə, yəni onun liderliyinə, onun xilafətinə (başçı olmağına) işarə edilir. Səcdə etmək nə deməkdir? Ona tabe olmaq deməkdir. Allah günəşi və ayı Mehdi (ə.s)-a tabe etmiş.
"(Atası) Dedi: "Oğlum! yuxunu qardaşlarına danışma..." Yəni, Mehdi (ə.s), mehdiliyini açıqlamaz, bildirməz. "Yoxsa sənə bir tələ qurarlar."-deyilir ayədə. Deməli, mehdilik ehtimalı olan bir insanı görəndə ona tələ quracaqlar. Quran buna işarə edir. "(Atası) dedi: “Oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa sənə tələ qurarlar. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir." (Yusif surəsi, 5) Məsələn, indiki zamanda da düşmən olduğuna görə şeytan Tayyib qardaşımızla Fətullahın arasını vurmağa çalışır. Şeytan bununla xeyli üstün olduğunu göstərmək istəyir, amma şeytanın başını əzəcəyik biz, inşaAllah.
"Beləcə, Rəbbin səni seçəcək, sənə yuxuları yozmağı öyrədəcək və Öz nemətini bundan əvvəl ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yaqub nəslinə də tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin Biləndir, Müdrikdir.” (Yusif surəsi, 6), Əbcədi neçədir? 2018. Yalnız bir dənə tarixi, 2018-ci ili verir. "Beləcə Rəbbin səni seçəcək. Yuxu yozmağı (sözlərin şərhindən qaynaqlanan bir məlumatı) sənə öyrədəcək." Yəni, “Quranı mükəmməl şərh etməyi sənə öyrədəcək.” Öz qabiliyyətiylə deyil, Allah onu danışdıracaq və yaxud dinin bütün hökmlərini ona dedizdirəcək eyni zamanda. "Bundan əvvəl ataların İbrahim və İshaqa"-deyir Allah. Deməli, Mehdi (ə.s) hz. İbrahim (ə.s)-ın soyundan olacaq. Buna işarə edilir. "Ataların İbrahim, İshaq və Yaqub" –deyilir ayədə. Deməli, eyni zamanda Yaqubun da nəslindən olacaq. Hz. Mehdi (ə.s) (Moşiyah), İsrail soyundan gələcək. Yəni, Davudun soyundan olacaq. Hədislərdə də hz. Mehdi (ə.s)-ın Davudun soyundan olacağı bildirilir. "Sənin və Yaqub ailəsinin üzərindəki nemətini tamamlayacaq." Nemət necə tamamlanır? Mehdiyyətlə tamamlanır. "Əlbəttə, Rəbbin, Biləndir, hökm və hikmət sahibidir." (Yusif Surəsi, 6)
"Sözsüz ki, Yusif və onun qardaşlarının hekayətində soruşanlar üçün ibrətlər vardır." (Yusif surəsi, 7) Bu ayənin də əbcədi 2019-cu il tarixini verir. Diqqət yetirin, bundan əvvəlki ayə 2018, bu da 2019-cu ilə işarə edir. Yəni bu çox təəccüb və heyrət doğurur. "And olsun, Yusif və qardaşlarında"-buyurur Allah. Tövratda da Moşiyah (Mehdi), Yusif oğlu Məsih deyə keçir. "Yusif və qardaşlarında soruşanlar üçün ayələr (ibrətlər) dəlillər vardır." Yəni, onları tanıdan dəlillər, ayələr, hz. Mehdi (ə.s)-ı tanıdan dəlillər vardır. "Yusif və qardaşlarında soruşanlar üçün ayələr (ibrətlər) vardır" ayəsi məhz buna işarə edir. Biz bunu araşdırırıq amma ayədə: "...Orada bir ibrət (yəni bir məqsəd) var"- deyir Allah. Yəni, "Yusif və qardaşlarını araşdırsanız bunun bir hekayə olmadığını görərsiz. Mənim