Möminlərin arasını düzəltmək barəsində ayələrin təfsiri-3

2014-05-31 117

Hörmətli Adnan Oktarın 22 dekabr 2013-cü il tarixli söhbətindən möminlərin arasını düzəltmək barəsində ayələrin şərhi.

ADNAN OKTAR: İndi şərh edəcəyim ayə eyni ilə namaz və oruc kimi Allahın fərz buyurduğu hökmlərdəndir. Allah, Ənfal surəsinin 1-ci ayəsində belə buyurur, şeytandan Allaha sığınıram: "Əgər möminsinizsə Allahdan qorxub-çəkinin, aranızı düzəldin, Allaha və Onun Elçisinə itaət edin." Yəni, "əgər müsəlmansınızsa bir dəfə Allahdan qorxun." Çünki, bəziləri "müsəlmanam" deyir, Allah da “əgər müsəlmansınızsa bir dəfə Allahdan qorxub-çəkinin, halala, harama, Allahın hökmlərinə diqqət yetirin” deyir. "..Aranızı düzəldin…" ayəsi Allahın hökmüdür. Müsəlmanların arasının pis olması haramdır. "… Allaha və Rəsuluna itaət edin…" Yəni Qurana tabe olun.

Ənfal surəsinin 46-cı ayəsində Allah belə buyurur: "Allaha və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin." Yəni haramdır. Donuz əti yemək kimi, şərab içmək kimi və yaxud qumar oynamaq kimi haramdır, həm də burada fitnə də var. "Fitnə qətldən də betərdir" (Bəqərə surəsi, 191)-deyir Allah. Yəni, indi sırf çəkişmə deyil, fitnə yaranmışdır. Fitnə qətldən, adam öldürməkdən də betərdir. Ona görə heç kim fitnə yaratmasın, aranı qızışdırmasın. Fitnəni qızışdıran yazılar yazmasınlar. Allah göstərməsin çox səhv olar. "Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir!." –buyurur Allah. Zəifləyər və gücdən düşərsiniz (parçalanarsınız) nə deməkdir? Yəni, aranızdakı bağlar qopar, parça-parça olarsınız. "Zəifləyər və gücdən düşərsiniz." Yəni, bir iş görə bilməzsiniz, müqavimət göstərmək üçün gücünüz qalmaz. İnkişaf gücünüz, sağlamlığınız, səhhətiniz zəifləyər. "Zəifləyər və gücdən düşərsiniz"-deyir Allah. Yəni, hər cür maddi mənəvi gücünüz azalar, İflic olarsınız. "Səbir edin."-deyir Allah. Düzdür, hadisələr olur, amma səbir edilməlidir və (hadisəni) sakitləşdirin. Heç bir qardaşımız Allah rizası üçün müxalif yazı yazmasınlar. Ortalığı qızışdıran yazı yazmasınlar. "Şübhəsiz Allah, səbir edənlərlədir.” Yəni, səbir edilsə sakitləşər, düzələr. Yaranmış fitnəni qızışdırmağın mənası yoxdur. Allahın hökmü açıqdır. "Fitnə qətldən də betərdir" nə deməkdir? Yəni, əks halda adam öldürən kimi olarsız. Fitnəni qızışdırmaq adam öldürmək kimidir. Ona görə, Allah rizası üçün sakitləşdirici yazı yazsınlar. Şeytandan Allaha sığınaram, Allah, Ali-İmran surəsi 103-cü ayədə belə buyurur: "Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!" Yəni, Qurandan möhkəm yapışın. Möhkəm yapışın nə deməkdir? Hədsiz dərəcədə deməkdir. "Parçalanmayın." Yəni bir olun, birlikdə hərəkət edin. "…Parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın." Görün, nə qədər gözəl nemət içindəyik."(bir zamanlar) Siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz." Quldurlardan, fitnələrdən, millətə qoçuluq edənlərdən xilas olduq, məchul olanlardan xilas olduq, elə deyilmi? "Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi." Ayədəki “alovlu uçurum” ifadəsi iddia edilən Ərgənəkon terror təşkilatını bildirir. Allah, müsəlmanları oradan xilas etdi. "Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz." (Ali İmran surəsi, 103)

Həşr surəsi, 10-cu ayədə belə buyrulur: "Bir də onlardan sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla." Yəni, möminlər bir-birlərinə gözəl dua edərlər. Cinayət törətmiş ola bilər, amma Allah "bağışla" deyir. Bağışlanmağı istəyin və “Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə”-deyilir ayədə. Yəni “qəzəblənməyin, nifrət etməyin. Ürəyimiz fərahlansın. Müsəlmanlara qarşı içimizdə qəzəb hissi olmasın." Hamısı nur kimi müsəlmandır. "Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!” –buyurur Allah. Allah bu qədər şəfqətli, rəhmlidir, müsəlmanlar da bir-birini bağışlamalı, mehriban olmalıdırlar. Heç kim, təkrar edirəm xahiş edirəm əleyhimizə iş görməsin.