Hörmətli Adnan Oktarın 12 iyul 2013-ci il tarixli söhbətindən Furqan surəsi ilə bağlı izahları.
ADNAN OKTAR: Bax, Allah Furqan surəsinin 56-cı ayəsində ilk müjdədən bəhs edir. Şeytandan Allaha sığınıram. “Biz səni ancaq müjdə verən”. Müsəlman həmişə hər yöndən müjdə verməlidir. Məsələn, mehdilik, hz. İsa Məsih və İslam Birliyi müjdəsi, bərəkət və bolluq müjdəsi, cənnət, sevgi, məhəbbət, dostluq, qardaşlıq və haqq yolda olma müjdəsi və s. müjdələr verməlidir. Yəni müsəlmanları sevindirəcək hər cür müjdə verməlidir. “Və xəbərdar edib”, yəni əvvəlcə xəbərdar etməlidir. Bəs necə xəbərdar edəcək? Quran möcüzələri və iman həqiqətləriylə xəbərdar edəcək, “və qorxuducu” olacaq. Çünki ölüm var, həyat sona çatır, əgər səmimi olmayıb və Allah yolunda deyilsə, onda axirətdə heç bir şəkildə cənnəti görə bilməz. Allahın razılığına heç cür çata bilmir. Bu da çox böyük bir fəlakətdir. Üstəlik bir də cəhənnəm əzabı da var. “De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Təkcə onu istəyirəm ki, insanlar Rəbbinə tərəf aparan bir yol tutsunlar”. Bu təbliğatçıların xüsusiyyətidir. Heç kəsdən heç nə istəməyəcək və Allah rizası üçün xidmət edəcəkdir. Əgər çox səmimi isə Allah onun ruzisini və imkanlarını davamlı verər. Bəs hz. Süleyman (ə.s) və Peyğəmbərimiz (s.ə.v)-ə necə verdi? Peyğəmbərimiz (s.ə.v) çox səmimi idi və xüsusi bir səy göstərmədi. O sadəcə olaraq çox səmimi oldu və Allah da ona bəxş etdi.