Nisa surəsi, 173-174-cü ayələrin təfsiri

2014-05-20 16

Hörmətli Adnan Oktarın 20 iyun 2013-ci il tarixli söhbətindən Nisa surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: Allah Nisa surəsi, 173-cü ayədə belə deyir: “İman gətirib xeyirxah işlər görənlərə gəldikdə isə” baxın, iman etmək və səmimi olmaq, Allahın üstündə dayandığı iki əsas mövzudur. “Allaha ibadət etməyi özlərinə ar bilənləri və təkəbbürlük göstərənlərə gəlincə” özlərinə ar bilən və təkəbbürlənənlər, əzəmət göstərənlər, “Allah onların mükafatlarını tam verəcək və öz lütfündən onlar üçün istədiyi qədər artıracaqdır. Allaha ibadət etməyi özlərinə ar bilənləri və təkəbbürlük göstərənlərə gəlincə, Allah onları ağrılı-acılı bir əzaba düçar edəcəkdir. Onlar Allahdan başqa nə bir özlərinə himayədar, nə də bir yardımçı tapacaqlar” (Nisa surəsi, 173). Allah təkəbbürlənməyi haram edir.

Şeytandan Allaha sığınıram: “Ey insanlar sizə Rəbbinizdən bir dəlil gəldi və Biz sizə parlaq bir nur (Quran) nazil etdik” (Nisa surəsi, 174). Allah həmişə qəti bir dəlil və qəti bir hökm kitabı olaraq Quranı ifadə edir. Adamlarla danışırsan, “xeyr qəti kitab deyildir, Qurandakı hökmlər anlaşılmazdır” deyir, “başa düşülmür” deyir. Allah ayədə; “aydındır, ancaq kafirlər başa düşə bilməzlər” deyir, onlar da "biz başa düşə bilmirik” deyir. “İyirmi il də keçsə, yenə başa düşə bilmərik” deyir. Bax, Allah “onların gözündə pərdə vardır, kafirlər Quranı başa düşə bilməzlər” deyir. Adam da “biz başa düşə bilmərik” deyir. Allah, “çox aydındır, müxtəlif nümunələrlə sizə açıqlayırıq” deyir. “Quran açıq-aydındır, yəni bol nümunələrlə açıqlanmış, şərh edilmişdir” deyir. İstər kiçik, istərsə də böyük olsun, Quran hər kəsin başa düşəcəyi şəkildədir.