Tövbə surəsi, 128-129-cu ayələrin təfsiri

2014-05-20 2

Hörmətli Adnan Oktarın 12 iyun 2013 -cü il tarixli söhbətindən Tövbə surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: Tövbə surəsinin 128-ci ayəsində belə deyilir; Şeytandan Allaha sığınıram, “sizin əziyyətə düşməyiniz”, yəni qəm-qüssə içində olmağınız, narahat olmağınız, iqtisadi və ya sosial, yaxud ruhani, hər hansı bir cəhətdən sıxınıtı keçirməyiniz, “ona ağır gəlir", yəni onu narahat edir, “O sizə qarşı qayğıkeş”, bəs bu nədir? Bu şəfqətin ən böyüyü, ən böyük şəfqətdir, “sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir”, budur lider xüsusiyyəti, şəfqətli və rəhmli olmaqdır, “rəhmli olan bir elçi”, yəni bir Mehdi, bir peyğəmbər, “gəlmişdir”. Bu həm Peyğəmbərimiz (s.ə.v)-i ifadə edən, həm də işarəli bir mənada hz. Mehdi (ə.s)-ı izah edən bir ayədir. Əbcədi 1990-cı il tarixini verir, yəni təkcə bir tarixi var o da 1990-cı ildir. "Bir elçi gəlmişdir", budur əbcədi 1990-cı il tarixini verir.

“Əgər onlar üz döndərsələr” söz eşitməsələr, yenə eyni düşüncədə olsalar, “De: “Mənə Allah yetər”. Bütün güc Allahındır. Hər şeyi meydana gətirən Allahdır. “Ondan başqa ilah yoxdur. Mən ancaq Ona təvəkkül etdim və böyük ərşin Rəbbi Odur”. (Tövbə surəsi, 129)