Furqan surəsi, 28-30, 21-ci ayələrin təfsiri

2014-05-19 10

Hörmətli Adnan Oktarın 19 Avqust, 2013-cü il tarixli söhbətindən Furqan surəsi ilə bağlı izahlar.

ADNAN OKTAR: Bismillah. Furqan surəsi. Şeytandan Allaha sığınıram. "Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim. Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o, məni ondan uzaqlaşdırdı. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır." Quran xaricinə çıxartdı. Hal-hazırda islam aləminin başına gələn bəlanın səbəbi nədir? Quranın xaricinə çıxmaları, uydurma hədislərə görə hərəkət etmələri. "Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır." Hal-hazırda şeytan müsəlmanlara nə edir? "Tənha qoyub", bir-birləriylə bağlarını qoparır. Bütün islam ölkələri yalnız və köməksiz vəziyyətdədirlər. "Və elçi dedi ki:" Hz. Mehdi (ə.s) “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!" Peyğəmbərimiz (s.ə.v)-in "Ümmətim Quranı buraxıb uydurma hədislərə sarılacaqlar." deyə bir şikayət edir. Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər: “Bizə mələklərin endirilməsi ya da Rəbbimizi görməmiz lazım deyildimi?!” Möcüzə istəyirlər. "Həqiqətən, onlar özləri barəsində təkəbbürə qapıldılar və azğınlaşıb həddi çox aşdılar." İslam ölkələrinin liderlərinin bir çoxu təkəbbürə qapılmış vəziyyətdədirlər, eqoistlik edirlər, özlərini  çox böyük görürlər. Baxın, İslam ölkələrinin liderlərinə, çox hissəsində böyük bir eqoistlik var, "və azğınlaşıb həddi çox aşdılar."  Sevgi, şəfqət, mərhəmət yolunu deyil, azğınlıq yolunu tutdular.