Ənbiya surəsi, 91, 93, 96-97-ci ayələrin təfsiri

2014-05-19 2

Hörmətli Adnan Oktarın 18 Avqust, 2013-cü il tarixli söhbətindən Ənbiya surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. "İsmətini (bəkarətini) qoruyanı da (Məryəmi də yad et)! Biz Öz ruhumuzdan ona üfürdük, onu və oğlunu (atasız doğulmuş İsanı) aləmlərə (mələklərə, bütün insanlara və cinlərə) bir möcüzə etdik." Bir bəzək, bir gözəllik, örnək olan insan. Hz. İsa Məsih (ə.s), örnək insan olaraq yaradılıb. Və Allah örnək bir insanı dünyaya göndərir. Adamlar həmsöhbət də olmurlar. Hz. Məryəm təriflə izah edilməli, nümunəvi bir müsəlman xanımdır, amma heç ağızlarına da almırlar, bəhs etmirlər.

Şeytandan Allaha sığınıram. "Amma (insanlar din barəsində) öz aralarında firqələrə bölünüb parçalandılar." Yəni məzhəblərə ayrıldılar. "Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar." Allah: "İntiqam alacağam" deyir. "Amma (insanlar din barəsində) öz aralarında firqələrə bölünüb parçalandılar. Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar." Məzhəblərə, təriqətlərə ayrıldılar. Allah: "Hər biri öz gücüylə öyünər və hər biri özünü üstün görər" deyir.

"Yəcuc və Məcuc (səddi) açıldığı və onlar təpələrdən axışıb gəldikləri zaman;" (Ənbiya surəsi, 96)

"Haqq olan vəd yaxınlaşmışdır," (Ənbiya surəsi, 97)

Axırzamanda, Yəcüc və Məcüc zühuru qiyamət əlamətlərindən biridir. Baxın, "Haqq olan vəd yaxınlaşmışdır", yəni Yəcuc və Məcuc. Deyirlər ki: "Qiyamət əlaməti yoxdur." Baxın, Allah, Yəcuc və Məcucun qiyamət əlaməti olduğunu  söyləyir. Allah ayədə nə deyir? "Haqq olan vəd yaxınlaşmışdır." Əvvəl Yəcuc və Məcuc çıxır, sonra da hadisələr baş verir. Hal-hazırda da, dünyada qan su yerinə axır.