Hörmətli Adnan Oktarın 7 Avqust, 2013-cü il tarixli söhbətindən Yunus surəsi ilə bağlı izahları.
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. "Əgər səni yalançı hesab etsələr,". Həmişə mehdilər, peyğəmbərlər yalanlanmışdır. "De: “Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir." Baxın, tam demokratiyadır, fikir azadlığı, heç kim heç kimə qarışmır. "Mənim etdiyim əməllərin sizə, sizin etdiyiniz əməllərin mənə heç bir dəxli yoxdur!"
Allah: "Gündüz bir saat belə (dünyada) olmamışlar kimi, bir yerə toplayacağı gün (qiyamət günü) onlar bir-birini tanıyacaqlar." Məsələn, fironun qrupuyla bu əsrin fironları da orada tanış olacaqlar. Bütün dəccallar, nəmrudlar orada bir-birləri ilə tanış olmuş olurlar. "Gündüz bir saat belə (dünyada) olmamışlar kimi," gündüzün bir saatı qədər qaldıqlarını hiss edəcəklər. Yuxudan oyanar kimi oyanıb "dünyada bir saat filan qaldıq" deyirlər. 45-ci ayə nəyə işarə edir? Hicri 1545-ci ilə, qiyamətin tarixinə işarə edir.
"Bilin ki, Allahın dostları", yəni Allahın övliyaları, Allahın mehdiləri, "heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər." Hicri 1413-cü il tarixini verir. Hz. Mehdi (ə.s) hicri 1400-cü ildə çıxar, bu ayə də hicri 1413-cü il tarixini verir, inşaAllah.
"Onların sözləri səni kədərləndirməsin. Şübhəsiz, qüdrət bütünlüklə Allaha məxsusdur. O, Eşidəndir, Biləndir." Allah burada nə demək istəyir? "Onların sözləri səni kədərləndirməsin." Məsələn, onların dedikləri sözləri eşidib kədərlənir. Allah: "Şübhəsiz" deyir, "qüdrət bütünlüklə Allaha məxsusdur." Allah: "O danışmağı yaradan da Mənəm. Buna görə kədərlənmə. Mənim yaratdığıma kədərlənməyib, bir xeyir var deyəcəksən." deyir. "O, Eşidəndir, Biləndir."
"Bilin ki, göylərdə və yerdə olanların hamısı Allahındır. Bilin ki, şübhəsiz, Allahın vədi haqdır, lakin onların çoxu (bunu) bilmir." Baxın, "şübhəsiz, Allahın vədi haqdır, lakin onların çoxu bilmir." Bu da 2025-ci il tarixini verir. Baxın, Allah: "Bilin ki," deyir, xəbər verir, "Bilin ki,şübhəsiz Allahın vədi haqdır," yəni hz. Mehdi (ə.s), hz. İsa Məsih (ə.s) haqdır, qiyamət haqdır, İslam Birliyi haqdır, "lakin onların çoxu bilmir." Hal-hazırda dünyanın çoxu bilmir. Yunus surəsi, 55-ci ayə, 2025-ci il tarixini verir. Deməli, 2025-ci ildə hər kəs biləcək.
"Allah əmin-amanlıq yurduna çağırır və istədiyini doğru yola yönəldir." (Yunus surəsi, 25) Bu ayə 2007-ci il tarixini verir. "Allah əmin-amanlıq yurduna (Cənnətə) çağırır" Yəni cənnətə. Hz. Mehdi (ə.s) dövründə nə ediləcək? Dünya necə olacaq? Dünya hz. Mehdi (ə.s) dövründə sülh yurdu olacaq. "Allah əmin-amanlıq yurduna çağırır və istədiyini", yəni kimi istəsə. Məsələn, istəsə hz. Mehdi (ə.s)-ı, istəsə hz. İsa Məsih (ə.s)-ı "doğru yola yönəldir."
"Sizi yer üzündə xələflər etdik." (Yunus surəsi, 14) Əbcədi 2048-ci il tarixini verir. "sizi yer üzündə xəlifələr etdik", yəni lider etdik. 2048-ci il dünya hakimiyyətinin ən möhtəşəm illəridir.