Yunus surəsi, 47-48, 51, 53-cü ayələrin təfsiri

2014-05-19 20

Hörmətli Adnan Oktarın 7 Avqust, 2013-cü il tarixli söhbətindən Yunus surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah Yunus surəsi, 47-ci ayədə deyir: "Hər ümmətin bir rəsulu (elçisi) vardır", yəni bir elçisi, bir imamı, bir başçısı vardır. "Onlara rəsulları (elçiləri) gəldiyi zaman" imamları gəldiyi zaman. Allah istisnasız söyləyir. "Hər ümmətin bir elçisi" bir imamı "vardır. Onlara rəsulları gəldiyi zaman" imamları gəldiyi zaman "aralarında ədalətlə hökm verilər və onlar zülmə uğradılmazlar." Əbcədi 2021-ci il tarixini verir. 2021-ci ildə bir şeylər olacaq. Dünya yellənər, yer, göy yellənər. "Deyirlər: “Əgər doğru deyirsinizsə, bu vəd" nəzərdə tutduğunuz bu hadisə "nə vaxt olacaq?" deyərlər. Bu ayə də, 2021-ci il tarixini verir. Bunu Peyğəmbərimiz (s.ə.v)-dən soruşurlar. O da müddəti ifadə edir. Bədiüzzamandan da bu vaxtı soruşurlar. Bədiüzzaman: "Hicri 1400-cü il" deyir. Bax, indi hz. Mehdi (ə.s)-ın gələcəyinə inanmırlar, Allah  Yunus surəsi, 51-ci ayədə deyir ki: "Başınızın üstünü aldıqdan sonramı ona iman gətirəcəksiniz?" Allah: "Gələcək" deyir. İmansızlar isə: "Yox inanmırıq" deyirlər. Allah: "Başınızın üstünü aldıqdan sonramı ona iman gətirəcəksiniz?", yəni inanacaqsınız. "Yoxsa indimi? Siz ki, onun tez gəlməsini istəyirdiniz!" Bu qiyamət üçün deyilir, inşaAllah. "Səndən: “O doğrudurmu?”(- deyə) xəbər alırlar." Yəni hz. Mehdi (ə.s) həqiqətən gələcəkmi? Qiyamət həqiqətən qopacaqmı? Hz. İsa Məsih (ə.s) həqiqətən yer üzünə yenidən enəcəkmi? "deyə səndən xəbər alırlar. De: "Bəli, and olsun Rəbbimə! Həqiqətən də, o, doğrudur və siz də (ondan) yaxa qurtara bilməyəcəksiniz”. Yəni bunu dayandıra bilməzsiniz. Nə hz. Mehdi (ə.s)-ı, nə hz. İsa Məsih (ə.s)-ı, nə qiyaməti dayandıra bilməzsiniz. Bu ayənin əbcədi 2004-cü il tarixini verir.