Furqan surəsi, 42-43-cü ayələrin təfsiri

2014-05-12 32

Hörmətli Adnan Oktarın 22 Avqust, 2013-cü il tarixli söhbətindən Furqan surəsi ilə bağlı izahlar.

Merve Büyükbayrak: Şeytandan Allaha sığınıram. "Əgər biz (bütpərəstliyimizdə) səbir (səbat) göstərməsəydik, az qala bizi tanrılarımıza tapınmaqdan sapdırmışdı.”

ADNAN OKTAR: Hz. Mehdi (ə.s) darvinizmə, materializmə qarşı elə mübarizə aparacaq ki,"əgər dözümlülük göstərməsəydik, az qala darvinizmdən, materializmdən imtina edəcəkdik" deyəcəklər. Amma bunu deyərkən bir də baxacaqlar ki, imtina ediblər. Müqavimət göstərərkən imtina etdiklərini görəcəklər.

Merve Büyükbayrak: "Onlar əzabı (qiyamət əzabını) gördükdə haqq yoldan kimin daha çox azdığını biləcəklər."

ADNAN OKTAR: Hz. Mehdi (ə.s) azğınlıqla ittiham ediləcək, Allah da kimin azğın olduğunu onlara göstərəcək. Fəlakətlər təsiriylə, hz. Mehdi (ə.s)-a verdiyi müvəffəqiyyətiylə hz. Mehdi (ə.s)-ın doğru yolda olduğunu, əsl azğınların  isə fanatik dəstəsi olduğunu onlara göstərəcək, inşaAllah.

Merve Büyükbayrak: "Nəfsinin istəyini ilahlaşdıranı gördünmü?"

ADNAN OKTAR: Nəfsinin istəyi nə deməkdir? Müşrik inanclar, Qurana uyğun olmayan inanclar deməkdir.

Merve Büyükbayrak: "İndi ona qarşı sənmi vəkil olacaqsan?"

ADNAN OKTAR: Allah: "Mən onlara layiq olduqlarını verəcəyəm, sən rahat ol" deyir, inşaAllah.