Nur surəsi, 46-51, 53, 55-ci ayələrin təfsiri

2014-04-05 42

ADNAN OKTAR: Nur surəsi, 46-cı ayə. Ayədə Allah:"Biz açıq-aydın (açıqlayan) ayələr nazil etdik." - deyə buyurur. Diqqət yetirin, Allah, ayələri həm açıq, həm də açıqlayıcı, yəni şərh edici olaraq endirdiyini bildirir. “Allah dilədiyini doğru yola yönəldir" deyir, Allah. Yəni, kimi seçərsə, kimə hidayət verərsə, kimi Mehdi (ə.s) etdisə, onu doğru yola yönəldər. Ayənin əbcəd hesabı dəqiq olaraq 1980-cı ili verir.

OKTAR BABUNA: MaşaAllah, tam çıxış tarixidir, İnşaAllah.

ADNAN OKTAR: "Onlar: Allaha və Onun Elçisinə iman gətirdik, itaət etdik” deyərlər. Sonra bunun ardınca onlardan bir dəstə arxa çevirər. Bunlar iman etmiş deyil"-buyurur, Allah. Bunlar münafiqlərdir. "Allahın elçisinə iman gətirdik, itaət etdik" deyərlər, "sonra bunun ardınca onlardan bir dəstə arxa çevirər". Yəni, namərdlik edərlər, İslamın əleyhinə, müsəlmanların əleyhinə iş görərlər, amma üz-üzə gələndə, özlərini müsəlman kimi göstərməyə çalışar. "Aralarında hökm vermək üçün Allahın və Onun Peyğəmbərinə çağırıldıqları zaman onlardan bir dəstə üz çevirər" deyir, Allah. Peyğəmbərimiz (s.ə.v)-in imamlığı (başçılıq etməsi) onlara ağır gəlir, eqoistlik yaradır. "Əgər haqq lehlərinə olarsa, ona boyun əyərək gələrlər", yəni, öz maraqlarına uyğun bir şey olanda sevinərək gəlirlər. Məsələn, pul versən, yemək versən, imkan yaratsan sevinərək əmrə tabe olarlar. Allah: “Onların qəlbində xəstəlikmi var? Yoxsa onlar şübhəyəmi düşüblər? Ya da Allahın və Onun Elçisinin onlara haqsızlıq edəcəklərindənmi qorxurlar? Xeyr, məhz onlar zalımdırlar” deyir. "Qəlbində xəstəlik"- psixoloji pozğunluğu, “şübhəyəmi düşüblər” dedikdə hər şeyə şübhə ilə yanaşdıqlarını, inanmadıqlarını bildirir. "Ya da Allahın və Onun Elçisinin onlara haqsızlıq edəcəklərindənmi qorxurlar?" buyurur Allah. Yəni Peyğəmbərimiz (s.ə.v)-in davranışının mənfi olmasından şübhələnirlər. Məsələn, Mehdi (ə.s) ilə qarşılaşdıqda da münafiqlər eyni rəftarı göstərəcəklər. Mehdi (ə.s)-a inanmayacaqlar, etibar etməyəcəklər. Onun haqsız olduğundan əmin olacaqlar və yaxud çəkinəcəklər. “Xeyr, məhz onlar zalımdırlar” deyir, Allah.

“Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqda möminlərin sözü ancaq: “Eşidirik və itaət edirik!”– demələridir. Nicat tapanlar da məhz onlardır." Biz Mehdi (ə.s) tərbiyəsində, mehdiyyət tərbiyəsində, Mehdi (ə.s) ilə qarşılaşanda, hz. İsa (ə.s.) ilə qarşılaşanda nə etməliyik? Qurandan aldığımız bu tərbiyə ilə "aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqda" yəni, onlardan bir söz, bir təlimat gələn zaman “Möminlərin sözü ancaq: "Eşitdik və itaət etdik" olacaq. Yəni, deyilən əmrləri müzakirə etməməlidir, birbaşa “Eşitdik və itaət etdik” deyəcəklər və dərhal deyilənə əməl edəcəklər. "Nicat tapanlar da məhz onlardır" deyir, Allah.

"(Münafiqlər) Allaha çox möhkəm and içdilər ki, əgər sən onlara əmr etsən, onlar mütləq (döyüşə) çıxacaqlar. De: “And içməyin! İtaətiniz bəllidir. Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır” bildirir, Allah. Bəzi belə ucuz qəhrəmanlar var, hansı ki, bir şey olsa “mən belə fədakarlıq edərəm, belə mübarizə apararam" deyər. Onsuz da fədakarlıq etməlisən, mübarizə aparmalısan, elə deyilmi? Amma onlar yalan danışarlar.

Nur surəsi 55-ci ayə, Cübbəlinin ən çəkindiyi, əsla oxumaq istəmədiyi və şərh etmək istəməyəcəyi bir ayədir. Şeytandan Allaha sığınıram:

“Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir.”

Allah bu ayədə qətiliklə, ikinci bir ehtimal bildirmədən Allahı bir tanıyan, səmimi olanları güc və iqtidar sahibi, varis edəcəyini vəd edir. Əvvəlkiləri necə güc və İqtidar sahibi etdisə, yəni Peyğəmbərdən qabaq olanları, müsəlmanları da əvvəlkilər kimi dünyaya varis edəcək. Peyğəmbərdən əvvəlkilər kimlər idi?

APARICI: Hz. Süleyman (ə.s) və hz. Züqərneyn (ə.s).

ADNAN OKTAR: Bəli, hz. Zülqərneyn (ə.s)-dır. Çünki, Quran belə izah edir, Quranda hakimiyyət izah edilir. "Özlərindən əvvəlkiləri varislər etdiyi kimi " yəni həm hərbi, siyasi, sosial gücə sahib olacaqlar, həm də iqtidar sahibi, yəni bütün dünyaya hakim edəcək. İqtisadi, sosial, siyasi, psixoloji, imani, dini hər cəhətdən hakim qılacaq. "Əvvəlkiləri varislər etdiyi kimi" deyir Allah, yəni, necə Zülqərneyn (ə.s.)-ı, Süleyman (ə.s)-ı hakim etdisə, onları da yer üzündə güc və iqtidar sahibi, dünyaya varis edəcək.

Onlar kimlərdir? Kimləri hakim varis edəcək?

OKTAR BABUNA: Hz. Mehdi (ə.s), hz. İsa (ə.s) və tələbələridir, inşaAll