ADNAN OKTAR: Səba surəsi 46; “De: "Mən sizə ancaq bir öyüd verəcəyəm. Allah xatirinə (məni dinlədikdən sonra məclisimdən) iki-iki, bir-bir durun (durub gedin), sonra da bir dərindən düşünün” Baxın,iki-iki deyilir ayədə, burada yenə də 2-yə diqqət çəkilir. Bax, "iki-iki, bir-bir durun (durub gedin), sonra da bir dərindən düşünün". Deməli,müsəlman əvvəlcə düşünməlidir, düşünmək əhəmiyyətlidir, vacibdir. "Sizin ixtiyar sahibinizdir, heç bir dəlilik yoxdur." Peyğəmbər (s.ə.v)-ə o dövrdə "dəli" deyirdilər,əstağfirullah, Allah da onlara cavab verir; "sizin ixtiyar sahibinizdir, heç bir dəlilik yoxdur." Axırzamana işarə edən tərəfi ilə nə anlayırıq? Sahibi-Zamanda, Sahibi Zaman Mehdi (ə.s)-ın ləqəbidir. "Sahibi-Zamanda heç bir dəlilik yoxdur" bu anlama gəlir. "O yalnız qarşıdakı şiddətli əzabla (düçar olacağınız axirət əzabı ilə) sizi qorxudandır (xəbərdar edəndir)." Yəni Qiyamətdən əvvəl sizi xəbərdar edir. Ölümdən əvvəl, Cəhənnəmdən əvvəl xəbərdar edir. 46-cı ayə, o da mənalıdır, məsələn, bax. 34 İstanbulu xatırladan bir şeydir, simvoldur, elə deyilmi? Kod olaraq 34. 46 da ağıl xəstələrinə verilən əlaqədar qanun maddəsidir, elə deyilmi? 46 məşhurdur. 46 və 46-cı ayə. Birinin İstanbula işarə etməsi, birinin 46-cı ayə olması, 46-cı maddəyə baxması, Axırzamanda ortaya çıxan bir şeydir 46, elə deyilmi? Şeydə də bilirsiniz 46 hesabatı verilir, 46 məşhurdur. Dəli deyilir 46-ya. Mənə də o zaman həbsxanada olanda 46 hesabatı vermişdilər. 46-cı maddənin 46 hesabatı. Amma illərlə "dəli" damğası üstümdə qalmışdı. Hərbi xəstəxana "ruhən və bədəncə tam sağlamdır" deyə hesabat verdikdən sonra o sözdən də ("dəli" sözündən) xilas oldum. İnşaAllah.