Rum Surəsi, 33-cü ayəsinin təfsiri

2014-01-31 2

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah Təala Rum surəsi, 33-cü ayədə buyurur: "İnsanların başına bir bəla gəldiyi zaman Rəbbinə üz tutub Ona yalvarırlar". “Ya Rəbbim, məndən bu bəlanı, xəstəliyi uzaqlaşdır” ―deyə dua edərlər. "Sonra O, Özündən onlara bir mərhəmət daddıran kimi, onlardan bir dəstə Rəbbinə şərik qoşur". “Mən etdim” deyərlər, halbuki, Allah edir. Orada Allahı unudur. Yaxşı, xəstəliyi, bəlanı "Allah verdi" deyirsən, bəs o birisini kim verir? "Onu mən öz qabiliyyətimlə qazandım, özüm əldə etdim"―deyir. Bu Allaha şərik qoşmaqdır. İnsan Allahın bəla verdiyini qəbul etdiyi kimi neməti, imkanı da Allahın yaratdığını bilməlidir. Əksini etsə şirk içində olar, çox səmimiyyətsiz davranmış olar.