Muminun surəsi, 62-64-cü ayələrin təfsiri

2014-01-31 9

ADNAN OKTAR: Baxın bu ayə möcüzədir, Muminun surəsi, 62-ci ayədə Allah Təala buyurur ki: "Heç kimə gücü yetməyəcəyindən artığını yükləməz". Halbuki, dünya buna görə çox uyğundur. Yəni insanın taqətinin çatmayacağı təqdirdə çox əcayib hadisələr baş verə bilər. İnsanın taqəti çatmadığı hadisələr ola bilər. Amma heç vaxt olmur Allahın hikmətidir. İnsanın dözə biləcəyi qədər olur. "Bizdə haqqı söyləyən bir Kitab vardır. Onlara (haqsız yerə heç vaxt) zülm olunmaz". Qədərin nə qədər mükəmməl yaradıldığını Allah söyləyir. O kitab da qədərdir (tale).

"Lakin (kafirlərin) qəlbləri bundan (Qurandan) xəbərsizdir (bu barədə cəhalət içindədir). Onların bundan başqa (Allaha xoş getməyən) ayrı işləri də vardır ki, elə onları edərlər (küfr edib günaha batarlar)." Darvinizm, materializmin  ipsiz-sapsız inanclar üçün etdikləri işləri vardır.

"Nəhayət, onların naz-nemət içində yaşayan başçılarını". Ümumiyyətlə, belə ölkələrin başçıları, vəhşi kapitalizmdə zəngin, qudurmuş bəzi seqment, dövlətin düyün nöqtələrini idarə altında tutmaq üçün əlindən gələni edər və çoxunda da müvəffəqiyyətli olarlar. "Əzabla yaxaladığımız zaman  fəryad edib imdad diləyərlər". Allah Quranda, vəhşi kapitalizmin qabaqcılı olan vəhşi kapitalistlərin ruhunu, üslublarını  ifadə edir.