ADNAN OKTAR: Şeytandan Allaha sığınıram, Allah Təala deyir: "Əgər yaxşılıq etsəniz özünüzə yaxşılıq etmiş olarsınız". Yəni yaxşılıq etsəniz yalnız özünüzə yaxşılıq etmiş olarsınız. Taleyinizdədir və axirətiniz üçün, özünüz üçün xeyirli olar. "Əgər pislik etsəniz o da sizin əleyhinizədir", yəni pislik onu edəni əhatə edir, çünki psixoloji olaraq çökər, Allah içinə çətinlik salar, canını yandırar, axirətdə pərişan edər, üzərindən bərəkət gedər, iztirab çəkər. İndi Allah həlli söyləyir: "Sonda vəd gəldiyi zaman" sonda, son nədir? Zamanın sonu, axırzamanda. "Vəd" Allahın vədi, yəni Mehdi (ə.s) gəldiyi vaxt, inşaAllah. Bunu qiyamət olaraq da axırzaman əlaməti, hz. İsa Məsih (ə.s)-ın enişi, Mehdi (ə.s)-ın zühuru olaraq da qəbul edə bilərik. "Üzlərinizi qara etsinlər". Darvinizm, materializm, küfr yıxılınca buna deyir "üzlərinizi qara etsinlər". Adamın üzü necə olur? İztirab əlamətləri olur. Mehdi (ə.s) çıxdı, Mehdi (ə.s) gəldi desən, adamda nə olar? Mehdi (ə.s) düşmənidirsə, Mehdi (ə.s)-a ziddirsə, ağzı-burnu əyilir. Özlərinə görə pis xəbərdir. Nə oldu deyə soruşarsan, halsızlaşar, qanı qaralar. Bax ayədə deyir ki: "Sonda vəd gəldiyi zaman üzünüzü qara (sizi xəcil) etmək". Mehdi (ə.s)-ın edəcəyi budur. Onların (inkarçıların) Mehdi (ə.s) müjdəsindən, İsa Məsih (ə.s)-ın gəlişindən qanları qaralar."Birincisində girdikləri kimi məscidə (Qüdsə) girsinlər və ələ keçərdiklərini darmadağın edərək məhv etsinlər", ələ keçirdikləri nədir? Din düşməni, İslam düşməni, Allah düşməni nə varsa. Darvinist- materialist işlər, müqəddəsata edilən təhqirləri təşkil edən nə varsa, Allahın varlığına, birliyinə aid nə varsa hamısını darmadağın edəcəyini söyləyir Allah Təala. Hal-hazırda edilən nədir? Darmadağın etmə əməliyyatı davam edir. Bədiüzzaman deyir: "Doqquz düşmən tayfasının doqquz cəbhəsinə göndəriləcək, onları yarım əsr sonra darmadağın edəcəklər" Bədiüzzaman bunları, Mehdi (ə.s) üçün söyləyir, inşaAllah.