Şuəra surəsi, 1-6-cı ayələrinin təfsiri

2014-01-31 9

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın Adı ilə.

"Ta, Sin, Mim. Bunlar açıq-aydın olan Kitabın ayələridir". Deməli, Quran bağlı deyil, açıq-aydındır. "Onlar imana gəlməyəcəklər deyə özünü həlakmı edəcəksən?" Allah Təala peyğəmbərimiz (s.ə.v)-i xəbərdar edir. Çünki Allah onları küfr üçün yaradıbsa, onlar küfr içində qalarlar. "Biz istəsəydik, göydən onlara elə bir əlamət göndərərdik ki, onun önündə başları itaətkarlıqla əyilərdi". Göydən enən möcüzə, məsələn hz.İsa (ə.s)-ın enişi bir möcüzədir, əbcədi 2022-ci il tarixini verir."O, qiyamət üçün bir əlamətdir".Yəni hz.İsa Məsihin enişi qiyamət əlamətidir. Allah Təala bunu təkcə hz.İsa (ə.s) üçün söyləyir. Başqa heç bir peyğəmbər üçün söyləmir. "O (İsa Məsih), qiyamət üçün bir əlamətdir"―qiyamət əlamətidir, inşaAllah. Təbii ki, ayənin bir çox mənası var, bir mənası da budur. "Onlara Rəhmandan (rəhmli olan Allahdan) elə bir öyüd-nəsihət (xəbərdarlıq) gəlməz ki, ondan üz döndərməsinlər." Məsələn, Mehdi (ə.s) gələcək deyirsən, Mehdi (ə.s)-ın əlamətləri çıxdı deyirsən, əlamətləri tək-tək sayırıq qəbul etmir.Allah Təala nə deyir? "Onlara Rəhmandan (rəhmli olan Allahdan) elə bir öyüd-nəsihət (xəbərdarlıq) gəlməz ki, ondan üz döndərməsinlər. Onlar  yalan hesab etdilər". "Elə şey olarmı?" deyir, "İslam Birliyi, Türk-İslam Birliyi elə bir şey yoxdur, mehdiyyətdə, İsa (ə.s) da yoxdur, gəlməyəcək" deyirlər. "Onlar ayələri uydurma saydılar. Məsxərəyə qoyduqlarının xəbəri onlara yetişəcəkdir. Onlar ayələri uydurma saydılar. Məsxərəyə qoyduqlarının xəbəri onlara yetişəcəkdir". Tezliklə, həm Mehdi (ə.s)-ı görəcəklər, həm İsa Məsihi görəcəklər. Məsxərəyə qoyduqları şəxsləri qarşılarında görərkən çox peşman olacaqlar.

Free Traffic Exchange