Tur surəsi, 42, 44-46-cı ayələrin təfsiri

2014-01-31 23

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah Təala buyurur: "Yoxsa bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o tələyə düşəcəklər!". Münafiqlər də özləri qurduqları tələyə düşdülər, elə deyilmi? Bəli.

"Əgər onlar göyün bir parçasının (başlarına) düşdüyünü görsələr: "Bulud topasıdır!"―deyərlər". Yəni "elə bir şey yoxdur" deyən kəslər vardır, bu cür lağ edən kimi bir üslubları var. "Elə isə (dəhşətdən) sarsılıb karıxacaqları günə qovuşana qədər sən onları tərk et!" Qiyamət vaxtına qədər onları burax. Bədiüzzaman qiyamətin neçənci ildə qopacağını söyləyir? Hicri, 1545-ci ildə. "O gün hiylələri onlara heç bir fayda verməyəcəkdir (Allahın əzabını onlardan dəf edə bilməyəcək) və onlara heç bir kömək edilməyəcəkdir." Yəni o gün, ağlasığmaz bir çöküntü, səfalət, pislik içərisinə düşəcəklər. Əvvəl kommunist olarlar, sonra kommunistliyin bataqlığının, pisliyinin içinə düşərlər. Ortalıq alçaq və pərişan bir həyata çevrilər. Bütün evləri leş, bərbad olar, hər yerləri yanar, hər gün cinayət edərlər. Peyğəmbərimiz (s.ə.v): “Küçələrdə belə heyvanlar kimi cinsi əlaqəyə girərlər” deyir. Hər kəs bir-birini, o onu döyər, o ona söyər, o onu öldürər; hər yerdə soyğunçuluq, qəsb, ağlasığmaz bir pislik olar. Hər yer leş kimi, bərbad olar. Ondan sonra qiyamət onların üstünə qopar.