ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Bismillahir-Rəhmanir-Rəhim. "Fəcrə and olsun, o on gecəyə" inşaAllah gözləyirəm o şərhinizi. Sevgi və hörmətlərlə. Dostca qalın. Ələvi qardaşınız Əhməd." maşaAllah, maşaAllah. Bütün Ələvi qardaşlarımıza da dərin sevgilərimi təqdim edirəm, onları çox sevirəm. Onlar Hz. Əli (r.ə.) aşiqləridir. Onlar Mehdi (ə.s) sevərləri, Mehdi (ə.s) aşiqləridir inşaAllah. Allah yollarını açıq etsin. inşaAllah, "on gecəyə" Məhərrəmin onuna da burada təbii ki, bir işarə var. Mehdi (ə.s.)-ın çıxışı da bəlkə Məhərrəmin 10-da olacaq inşaAllah. Mübarək dərin, mənim gözəl üzlü babalarımın, atalarımın şəhid edilməsinin bir işarəsi, o vaxta da işarə edir. Çünki bir gecədən bəhs edir, o bir gecə idi, qaranlıq bir zamanda. Allah bütün şəhidlərimizə rəhmət etsin, inşaAllah Cənnətdə onlara eşqlə, sevgilə sarılacağıq Həsən (r.ə.)-ə, Hüseyn (r.ə.)-ə, Hz. Əli (r.ə.), Musa Kazıma, Cəfəri Sadiqə bütün 12 imamın hamısına, inşaAllah eşqlə, söhbətlə sarılacağıq. Hamısı bizim canımızın parçalarıdır. Onlar bizim nurumuz, Rəsullah (s.ə.v)-in sevgililəri, bizim sevgililərimizdir inşaAllah. Ələvisiylə, sünnisi ilə bir bütünük. Hamımız Allah aşiqləriyik maşaAllah.