Nəml surəsi, 48-51-ci ayələrin təfsiri

2013-12-06 28

ADNAN OKTAR: Ən gözəli təbii ki həmişə Qurandır. Bismillah, Nəml surəsi, 48- ci ayə, şeytandan Allaha sığınıram. "Şəhərdə doqquz adam var idi ki, bunlar yer üzündə fitnə-fəsad törədir, yaxşı işlər görmürdülər." Cənabı Allah Quranda şəbəkələrə diqqət çəkir. "Doqquzluq bir şəbəkə var" deyir. Deməli, biz belə bir şeylə, buna bənzər bir şeylə qarşılaşacağıq. Çünki Allah xüsusi olaraq bir rəqəm vermiş. "Şəhərdə doqquz adam var idi ki, bunlar yer üzündə fitnə-fəsad törədir, yaxşı işlər görmürdülər." Bu deməkdir ki, əhatəli bir şəbəkə elə kiçik bir şey deyil. Quran, əhəmiyyətli bir şey olmasa, yəni adi şəbəkələr mənasını vermir. Belə var da kiçik mafiya şəbəkələri, bilmirəm nələr var da, o mənaya gəlməz. Geniş diametrli bir şəbəkə olur. Çünki bax, "yer üzündə fitnə-fəsad törədirlər." Yəcüc və Məcücün xüsusiyyəti nə? O da təxribat çıxarır. "fitnə-fəsad törədir, yaxşı işlər görmürdülər. " Müsəlmanın nəyə ehtiyacı olduğunu da Quran vurğulamış olur. Deməli fitnə-fəsadın qarşılığı nədir? Birlikdə olmaqdır. Təxribata uğramaq nə demək? Dağılmaq, Müsəlmanların dağılması, darmadağın olması. Əksi nədir? İttihad, birlik, müsəlmanların bir yerdə və tək bədən olmaları. Müsəlmanların tək bədən olmasını ortadan qaldıran bu fəaliyyət Müsəlmanları bölüb parçalamaq istəyir. Hal-hazırda da Müsəlmanları bölüb parçalamaq istəyən qrup var. " yaxşı işlər görmürdülər. " Müsəlmanların nəyə əsas ehtiyacı var? Dirlik və düzənlik, yəni hüzur, güvən, rahatlıq və birlik olmaq. "Nizam buraxmırdılar." Bunlar da şeytanın köləsi olduğu üçün tam əksini edirlər. " yaxşı işlər görmürdülər. " "Aralarında Allah adına and içərək dedilər:" Elə isə anlayırıq ki, bunlar özlərini müsəlman kimi göstərən bir şəbəkə. Yəni Allahı anaraq ortaya çıxan bir şəbəkə; deməli bir şirk şəbəkəsi, deməli münafiq şəbəkə, bu aydın olur. ";Onlar dedilər: “Bir-birinizin yanında Allaha and için ki, gecə ona və ailəsinə basqın edib öldürəcək, sonra da onun yaxın qohumuna deyəcəyik ki, biz onun ailəsinin öldürüldüyünü görməmişik və biz, həqiqətən, düzünü deyirik”." Yusifin qardaşları da təxminən eyni mahiyyətdə Quranda bu tərz onların gizli hərəkət etmə və gizlicə bir insanı təsirsiz hala gətirmə siyasəti bu istiqamətdədir. 'Gecə', gecənin xüsusiyyəti nə? Fərq edilməz gecə. Dəlil ortada buraxmadığı üçün gecəni seçər bu tip insanlar. Onun üçün, "gecənin şərindən Allaha sığınır" Quran ayəsində. Gecələr təhlükəlidir ümumiyyətlə. " Mütləq "deyir," mütləq "qəti qərarlılıq var." Gecə mütləq ona və ailəsinə bir basqın təşkil edək. "Amma xüsusilə o birinci planda və ailəsinə. Ehtimalla ailəsi də onu qoruyan, dəstəkləyən ətrafı olduğu üçün, onları da təsirsiz hala gətirmək üçün, "ona və ailəsinə basqın edib öldürəcək,sonra da onun yaxın qohumuna deyəcəyik ki, " yəni onları qoruyan, onlara köməkçi olan kəslərə, "biz onun ailəsinin öldürüldüyünü görməmişik və biz, həqiqətən, düzünü deyirik”." Deməli münafiqlər hərəkət edərkən əvvəldən bunu planlayırlar. Yox etmə planını da etdikdən sonra öz başlarına görə, hüquqi nəticəsini də ortadan qaldıracaq şəkildə saxta dəlil hazırlayırlar, saxta zəmin hazırlayırlar. Bax, haradan anlayırıq? "Biz şahid olmadıq." Deməli yalan ifadə verməyə hazırlayar münafiqlərin xüsusiyyəti. Bu tip pis işlərdə münafiqlərin istifadə ediləcəyi aydın olur. "həqiqətən, düzünü deyirik”." Çünki yalan olduğu hiss ediləcəyi üçün, 'həqiqətən' sözü və bu tip vurğuyla doğru söylədikləri imicini gücləndirmək istəyirlər. Bir də andla danışırlar onsuz da. Deməli bu tip insanlar doğru söylədiyini vurğulamaq üçün çırpınırlar. Halbuki dürüst bir insan onsuz da üslubundan aydın olar. Amma yalan danışan, yalan danışdığı hiss edildiyi üçün həmişə "həqiqətən doğru deyirəm," "yalan demirəm," "bəlkə də inanmayacaqsınız amma həqiqətən bu belə" filan, o tərz bir üslub qura bilirlər. Cənabı Allah "Onlar hiylə qurdular" deyir. "Biz də hiylə qurduq. Lakin onlar bunu hiss etmədilər." Hər iki nizamı da meydana gətirən Allahdır. "Onlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar bunu hiss etmədilər. Bax gör onların hiylələrinin aqibəti necə oldu. Biz onları bütün tayfalarıyla birlikdə yerlə-yeksan etdik." Məsələn bizə qarşı da hiyləli nizam qururlar, fərz edək 1999-cu ildə bizə bir əməliyyat edildi. Saxta xəbərlərlə, saxta oyunlarla gecə yarısı, gecə saat üç radələrində bir basqın edildi. Bu nəyə səbəb oldu? Məsələn yatan, əldən düşmüş olan qardaşlarımızın canlanmasına, iddia əzmində azalma olan insanların həyəcanının artmasına, zəif olanların qopub getməsinə; xəstə olanların, münafiq niyyətli olanların qopub getməsinə, bu səbəbdən tarixi bir şərəfə və bizim test edilməmizə, davadakı qərarlılığımıza, əzmimizə dair bir sənəd də olmuş oldu. Kim zərərli çıxdı? Oyun oynayanlar zərərli çıxdı. Biz nə qazandıq? Güc qazandıq