ADNAN OKTAR: Hz. İbrahim Şüəra surəsində deyir ki, şeytandan Allaha sığınıram. “Bir zaman o öz atasına və tayfasına: “Nəyə ibadət edirsiniz?” – demişdi.” Onlar: "Bütlərə ibadət edir." "Hal-hazırda da insanlar bütlərə tapınır. Məsələn Allaha istiqamətli bir üslubuna baxırıq; Allaha qarşı üslubu çox hörmətsiz, həyasız, tələsik, davakar bir üslub. Şeyxinə qarşı baxırıq, iki büklüm. "Siz çox daha yaxşı bilirsiniz" deyir. "Siz necə təqdir etsəniz əfəndim, təbii ki elədir" deyir, gözünü yerdən ayırmır. Əl pəncə divan, son dərəcə hörmətli. Amma Allahla danışmasını izah edir, necə danışacağını izah edir; son dərəcə həyasız, təcavüzkar və üst pərdədən. Nə olmuş? Şeyxini büt etmiş, şeyxini Allahdan daha üstün görür, haşa. Buradan bütləşdirdiyini anlayırıq. "Onlar dedilər: “Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik.” O da insanı bütləşdirmiş, qarşısında bel büküb əyilir. Hətta ayə var, Cənabı Allah Quranda; "onlar, rahibləri və alimlərini tanrılar qəbul etdilər." Nə deməkdir? Şeyxinin yaxud müəlliminin xurafat olaraq ona köçürdüklərini Allahın hökmü olaraq alır. Haşa, o adam, Allah adına vəhy verir ona guya, olmayan bir vəhyi vermiş olur, yalan söyləyir. "Hardan eşitdin?" deyirsən, "mən filan böyüyümdən, filan alimdən eşitdim" deyir. Onu özünə ilah qəbul etmiş. Ayədə də buna diqqət çəkilir. Bax, Allah "rahiblərini və alimlərini ilah qəbul etdilər" deyir. İlah edinmələrində nəzərdə tutulan bu. Onların vəhy etmə gücünə, əmr vermə gücünə, qadağan qoyma və ya qadağa olunanı qaldırma gücünə sahib olduğuna inanmaları. Allah nədir? Əhkam-ül hakimin, deyilmi? Hökm edənlərin hakimi. Hökm qoyan yalnız Allahdır. Oradakı adam nə edir? Allah adına hökm qoyur. Necə hökm qoyur? Halal olan bir şeyi qadağan edir. Nə ilə? Xurafat ilə qadağan edir. Hətta lazım olsa Peyğəmbər (s.ə.v) adından yalan söyləyir. "Peyğəmbər (s.ə.v) belə dedi" deyir. Halbuki Peyğəmbər (s.ə.v). deməmiş "Peyğəmbər (s.ə.v) belə dedi" deyərək qadağan edir. Halalı haram, haramı da halal edir. Bu nədir? Dəccallıqdır. Dəccalın xüsusiyyəti nədir? Halalı haram etməsi, haramı da halal etməsidir. Bax bu kəslər də öz şeyxlərini, öz mürşidlərini, böyüklərini xurafat dənizi kimi alıb, onlardan aldıqları xurafatlarla Allah adına hökm qoyurlar. Quranın izah etdiyi məna budur. Onun görə də həqiqi mürşidlər, həqiqi şeyxlər axır zamanda var gücləriylə bu iblisin və iblisat ordusuna qarşı mübarizə edirlər, deyilmi?
Altuğ Berker: Bəli, inşaAllah.
ADNAN OKTAR: Məsələn Şeyx Nazim müəllimimizə edilən hücumun kökündə bu var. Onun səmimi İslam anlayışını qəbul edə bilməmələri və bundan narahat olmaları, onun hz. Mehdi (ə.s)-ı müjdələməsindən narahat olmaları var. "O dedi: “Onlara yalvardığınız zaman sizi eşidirlərmi? Yaxud sizə xeyir və ya zərər verirlərmi?” "Onlar dedilər: “Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük”. " İndi adama deyirsən ki;" qardaşım, sənin bu etdiyin şirkdir. Quranda bu yoxdur. Bu yalan "deyirsən. "Hardan çıxardırsan?" "Biz atalarımızı belə gördük" deyir. "Yüz il əvvəl, iki əsr əvvəl, üç yüz il əvvəl, filan böyük bütdən bura bizə gəlir bu" deyir. Allah deyir ki, "Bəs ataları bir şey bilmirlərsə onda necə?". Şeytandan Allaha sığınıram. "Yenəmi tabe olacaqlar" deyir. "Bəs bir şey bilməyən cahil kəslərsə, yenəmi tabe olacaqlar?" deyir. Adam, "bəli, mən yenə tabe olacağam" deyir. Müsəlmanlardakı problemin mənşəyi budur. İnsanları ilahlaşdırıb, büt halına gətirib, o bütlərə itaət etmələridir. "Onlar dedilər: “Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük. O dedi: “Siz nəyə ibadət etdiyinizi görürsünüzmü –"həm siz, həm də ulu babalarınız?" Bax, siz də azmış vəziyyətdəsiniz, köhnə atalarınız da azmış vəziyyətdə "deyir. "Bir tək siz deyil" deyir, yəni "silsilə olaraq azmış vəziyyətdə." Çünki Qurana və səhabə dövründəki İslam anlayışına uyğun yaşamadığı təqdirdə azmış deməkdir. Başqa şərhi yoxdur. "Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir. O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir; O Rəbb ki, məni yedirdir və içirdir; O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir; Yəni xəstələndiyində həkim şəfa verməz. Allah verər, həkimi vəsilə edər. "O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir; O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram. Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur!" Bax; "mənə hökm (hikmət) bağışla və məni salehlərə qovuşdur. "Yəni" səmimi, dürüst olanlara qat. "