Əraf surəsi, 42-45-ci ayələrin təfsiri

2013-12-05 25

Adnan Oktar: Əraf surəsi, bəli. Şeytandan Allaha sığınıram. "Allahın lənəti olsun zalımlara!" -deyir Cənabı Allah, Əraf surəsi, 44-də.

"45; O kəslərə ki, insanları Allah yolundan azdırır, onu əyri göstərməyə çalışır və axirəti inkar edirdilər". Əbcədi 1945 tarixini verir və həm də 45-ci ayədir. Yəni o dövrlərdəki, 45-ci illərdəki dünyanın içində olduğu vəziyyətə işarə edən bir ayədir. Yəni o zaman faşistlərin, kommunistlərin ən azğın olduqları dövrlərdir. Yəni kommunizmin ən pik səviyyədə olduğu dövrlər. "51; O kəslərə ki, dinlərini əyləncə və oyun etmişdilər və dünya həyatı onları aldatmışdı". Dinlərini bir əyləncə və oyun mövzusu necə edə bilər? Çıxır televiziyalara, təlxəklik edir. Dinlə, cənnətlə, ayələrlə əlaqədar lətifələr danışır və adamlarda qəhqəhə ilə gülürlər. Ayədə nə deyir Cənabı Allah, Əraf surəsi 51-də; "O kəslərə ki, dinlərini əyləncə və oyun etmişdilər və dünya həyatı onları aldatmışdı". Pul qarşılığında bunları edir, məsələn, "İslam Birliyinin olmayacağını" söyləyir. "Onlar bu günləri ilə qarşılaşmağı unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq" -deyir. Allah, "Mən də onlara bəla verəcəyəm" -deyir inşaAllah.

 Şeytandan Allaha sığınıram. 42-ci ayə: "İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik". Hər imtahan verən mütləq onu rahatca qaldıra biləcək vəziyyətdə olar. Bu bir möcüzədir. Yəni normalda insan çox acizdir. Yəni gücünün çata bilməyəcəyi bir şeylə qarşılaşa bilər deyilmi? Allah belə bir şey yoxdur deyir. Hər insan mütləq qaldıra biləcəyi şəkildə imtahan verir. "Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar". Bu sonsuzluq instinktinin təminidir. "43; Biz onların kökslərindəki kin-küdurəti çıxaracağıq". İnsanlar, müsəlmanlar bəzən bir-birlərinə qarşı kin, hirs hiss edə bilirlər. Deyir ki; "Cənnətdə mən bu kinlə necə yoldaş olacağam, qardaş olacağam?" Cənnətə getdiyi vaxt bir anda, xəbəri belə olmadan kin hissi aradan qalxır. Allah axirətdə kin duyğusu alır. Kin narahat edici bir duyğudur, hər iki tərəfin arasını vuran bir duyğudur, Allah ona görə onu aradan qaldırır. "Onların ayaqları altından çaylar axacaq. Onlar deyəcəklər: "Bizi buna qovuşduran Allaha həmd olsun!"" Bax Cənnətdə də Allaha həmd edirlər. "Əgər Allah bizə hidayət etməsəydi" Allah bizə Mehdisini göndərməsəydi deyilmi Peyğəmbərimiz (s.ə.v)-i və yaxud Hz. İbrahim (ə.s)-ı və yaxud Axır zaman Mehdi (ə.s)-ı, Quranı və Allahın verəcəyi xüsusi ibadəti, ürəkləri açmasını, Allahın verdiyi imanı verməsəydi, "biz özümüz doğru yola yönələ bilməzdik. And olsun" and içir, "Rəbbimizin elçiləri haqq ilə gəlmişdilər". Mehdi (ə.s) də haqq ilə gəlmişdir. Yəni nə ilə? Quranla. İsa (ə.s) nə ilə gələcək? Quranla. "Onlara belə xitab ediləcəkdir: "Əməlləriniz sayəsində varis olduğunuz Cənnət budur!"". Cənnətin qapısından içəri girdiyində, "oh!" deyəcək Əlhəmdülillah nə şahanədir. Bir daha ölümün olmadığı, heyrətləniləcək bir dünya, heyrətləniləcək bir quruluş. Amma bu dünyada çox uzun bir imtahanla imtahan veririk. Bu imtahan olmazsa, adam Cənnətə girdiyində, "bu kreslolar nəyə yarayır" deyər, anlaya bilməz. "Niyə oturmamız lazımdır" deyər, anlaya bilməz. Cənnət qədəhlərini də anlaya bilməz. Yəni "niyə içməmiz lazımdır ki" deyər, yəni "elə bir hiss duymuram" deyər. "Meyvə yemək nəyə lazımdır" deyər. Hamısını burada öyrənərik. Dünya Cənnət kursudur. Cənnəti necə istifadə edəcəyimizi, Cənnətdə necə zövqlər alacağımızın kursudur. Cənnətdə hər şey, məsələn, avtomobildən zövq almağı biz burada öyrənirik. Cənnət avtomobillərindən də ona görə zövq alacağıq. Məsələn uçmağın zövqünü biz burada alırıq. Yoxsa minmərik, ehtiyacda duymarıq. Onun üçün bu qədər uzun və təfsilatlı təhsildən keçirik. Bu kursu bitirən Cənnətdə, bütün zövqlərdən çox təfsilatlı zövq alacaq hala gəlir. İnsan sevgisini burada öyrənirik, şəfqəti burada öyrənirik, məhəbbəti burada öyrənirik, eşqi, ehtirası burada öyrənərik, hamısını burada öyrənərik. Bir çox şeyi burada öyrənirik. Az şeyi Cənnətdə öyrənəcəyik. Bir çox şeyi burada öyrənirik. Məsələn, biz bəzəkli bir süfrəni burada öyrənirik. Cənnət süfrələrindən ona görə zövq alacağıq. Məsələn, "Cənnət qədəhlərindən" bəhs edilir. Qədəhi biz bu dünyada sevirik. Mən qədəh maraqlısıyam. Çox gözəl stəkan, qədəh kolleksiyam var. Hər səfərində, çay içərkən, meyvə şirəsi içərkən ayrı bir qədəhlə, ayrı bir stəkanla içməyi sevirəm. Əcaib gözəl, çox bəzəkli hazırlayırlar. Ruhumda var qədəh sevgisi, stəkanlara qarşı olan sevgi. Çünki Cənnət qədəhlərinə olan meyldən gəlir bu. Məsələn gözəl süfrəni sevərəm mən. Cənnətə olan meyldəndir, Cənnət ruhudur.