Furqan surəsi, 56-58, 77-ci ayələrin təfsiri

2013-12-05 20

Adnan Oktar: Qurandan bir səhifə aç. Bismillah, şeytandan Allaha sığınırıq. Bismillah, Furqan surəsini, 56-cı ayə. Şeytandan Allaha sığınaram. "Biz səni ancaq müjdə verən və xəbərdarlıq edən kimi göndərdik". Əbcədi 1981 edir. 25-ci surə, 56-cı ayə, 25x56=1400. Hicri 1400 tarixini verir. "De: "Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm"" bu etdiyim xidmətim üçün, İslamı yaymaq və təbliğ etməyimə qarşılıq olaraq mükafat istəmirəm. "Təkcə onu istəyirəm ki, insanlar Rəbbinə tərəf aparan bir yol tutsunlar". Doğru yol nədir? İslam, Quran. "Bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm". Müsəlman olmağınız mənim mükafatımdır, deyir. Bundan başqa sizdən nə pul, nə də bir qarşılıq istəyirəm, heç bir şey gözləmirəm. "Ölməz, əbədi Yaşayana (Allaha) təvəkkül et". Baxın nə qədər böyük bir nemətdir, "ölməz, əbədi Yaşayan" biz yatanda da, öldüyümüzdə də Cənabı Allah əbədi olaraq yaşayandır. Öldüyümüzdə də Allah bizi yenə dirildir və Allah yenə də əbədi olaraq mövcuddur və yaşayandır. "(Allaha) təvəkkül et". Təvəkkül etmək fərzdir. Təvəkkül edən adam onsuz da intihar da etməz, alçaqlıq da etməz, millətə hücum etməz, qarışıqlıq da törətməz, heç kimi də incitməz. "Və Onu həmd-səna ilə təriflə" Allahı həmd ilə təsbeh et, əlhəmdülillah, Allaha həmd olsun. "Onun Öz qullarının günahlarından agah olması kifayətdir". Allah günahlarınızdan xəbərdardır, deyir. Müsəlman tövbə etməli və günah işləməməyə diqqət göstərməlidir, inşaAllah. "De:" -deyir Canabı Allah, "əgər duanız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi". Baxın, "de: "Əgər duanız olmasaydı"". Biz də müsəlman olaraq Allaha dua edirik. Cənabı Allah deyir ki; "duanız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi". Quran burada duanın əhəmiyyətini vurğulamış olur, inşaAllah. Biz də hər yerdə Allaha səmimi, ürəkdən və sözlə dua etməliyik və hər bir vəziyyətdə də davamlı olaraq dua etməliyik, inşaAllah.

Free Traffic Exchange