Allah, Tövbə surəsi 74-də münafiqlər üçün deyir ki; "Allaha and içirlər ki (o inkar sözünü) söyləmədilər". "Açıq-aşkar inkarı söyləmədilər" -deyir. Bu öz iddialarıdır, "biz inkara aid bir ifadə işlətmədik, dinsiz deyilik, müsəlmanıq, bir əksiyimiz yoxdur" -deyirlər. "Halbuki and olsun, onlar inkar sözünü söyləmişlər". Yəni fərqində deyildirlər. İnkara aid çox-çox sözləri var, çox-çox ifadələri var, fərqində deyildirlər. "İslamı qəbul etdikdən sonra kafir olmuş və bacara bilmədikləri bir işə can atmışlar". İslamı qəbul etdikdən sonra inkara sapırlar, inkara sapdıqlarının da fərqinə varmırlar. Yaxud fərqinə varılmadığını düşünürlər. "Və bacara bilmədikləri bir işə can atmışlar". Münafiqlərin ilk edəcəyi şey dərhal müsəlmanlardan intiqam almağa qalxmaqdır. Cinayət törətdiklərini bildikləri üçün, əxlaqsızlıq etdiklərini bildikləri üçün, müsəlmanlardan ayrıldıqlarında dərhal psixopatlıq, əxlaqsızlıq və alçaqlıq edərlər. Ya şikayət etmək, ya müsəlmanları zərər çəkmiş vəziyyətdə buraxmaq, ya əleyhlərində yazı çıxartmaq, ya əleyhlərində dedi-qodu çıxartmaq şəklində dərhal intiqama cəhd edirlər. "Onların intiqam almağı yalnız Allahın və Onun Elçisinin onları Öz lütfündən varlandırdığına görədir". Allahın elçisinin, məsələn əsrimizdə kimdir? Hz. Mehdi (ə.s). Peyğəmbərimiz (s.ə.v) zamanında Rəsulullah (s.ə.v). Son dərəcə yaxşı davranır müsəlmanlara. Onlara hər cür imkan təmin edir, asanlıq təmin edir, yaxşılıq təmin edir. Lakin o rahatlıq onlara belə demək olarsa təsir edir. Bu səfər əxlaqsızlıq etməyə qarşı daha cürət tapırlar. Halbuki çətin vəziyyətdə yaşasalar bəlkə bunu etməyəcəklər. Amma rahatlıq təsir etdiyi üçün azğınlaşırlar. Daha betər, daha azğın, daha çox tələbdə olan, daha gözü dönmüş və xaraktersiz bir quruluşa girirlər. "Əgər tövbə etsələr özləri üçün xeyirli olar" -deyir Allah. "Əgər üz çevirsələr," əgər itaət etməz, söz dinləməzlərsə, "Allah onları dünyada da, axirətdə də ağrılı-acılı bir əzabla əzablandırar." "Dünyada da intiqam alacaq" -deyir Allah münafiqlərdən. Məsələn çökdürür Allah, bərbad hala gətirir, sevinclərini qaçırır, xəstəlik verir. Axirətdə də cəhənnəm əzabıyla əzablandırar. "Onlar üçün yer üzündə bir qoruyucu-dost və bir köməkçi yoxdur" -deyir Allah Tövbə surəsi, 74-də.