Adnan Oktar: Şeytandan Allaha sığınaram, 25-ci ayə Maidə Surəsi. Hz. Musa (ə.s) deyir: "Ey Rəbbim! Mən yalnız özümə və qardaşıma hökm edə bilərəm". Bax nə qədər dəhşətli bir vəziyyət olub, Peyğəmbər "bir tək qardaşım və mən özümü qurtara bildim" -deyir. Qövm havalanmış vəziyyətdədir. "Odur ki, Sən bizi bu günahkar tayfadan ayır! Allah dedi: "Artıq o müqəddəs yer onlara qırx il müddətinə haram edildi"". Mehdiyyətin də müddəti qırx ildir. Dəccalın müddəti qırx ildir. Qırx, əhəmiyyətli bir ədəddir, yetkinlik yaşı qırxdır. Peyğəmbərlərə, peyğəmbərlik gələrkən qırx yaşında gəlir. "Onlar yer üzündə sərgərdan gəzəcəklər. Sən isə günahkar tayfa üçün heyfsilənmə" Yəni "onların dinsiz olması, havalanmış olmalarına kədərlənmə, haramdır". Möhkəm ayə, möhkəm hökmdür. Yəni var bəziləri təbliğ edirik, olmur dinləmirlər, bu olur filan, kədərlənir ona. O tərz bir kədərlənmə haramdır. Bəli