Furqan surəsi 44-47,50,52,41-43-cü ayələrin təfsiri

2013-12-04 28

Adnan Oktar: Ya Allah Bismillah. Şeytandan Allaha sığınıram. Furqan surəsi, 44 "Yoxsa elə hesab edirsən ki, onların əksəriyyəti eşidəcək və ya anlayacaq?" Bax insanların çoxu söz eşitmir, "eşidəcək və ya anlayacaq?" Allah, "insanların çoxu ağılsızdır, ağılını istifadə edə bilməzlər" deyir . "Onlar heyvan kimidirlər, hətta, haqq yoldan daha çox uzaqlaşmışlar" Dünyanın indi böyük hissəsi bərbad vəziyyətdədir, Allah əsirgəsin. Bayaqkı mövzunu təsdiq edən bir şərh, "Məgər Rəbbinin kölgəni necə uzatdığını görmürsənmi?" Bax, Allah "kölgəni xüsusi olaraq yaradıram" deyir. İşıq və kölgə ayrı-ayrı yaradılır. "Əgər O istəsəydi, onu hərəkətsiz halda saxlayardı". Cənabı Allah "kölgə hərəkət etməzdi, mən hərəkət etdirirəm" deyir. İnsanlar kölgənin özbaşına meydana gəldiyini zənn edirlər. Halbuki, kölgə və işıq ayrı-ayrı yaradılır. "Sonra Biz günəşi ona dəlil etdik". Bax Allah, "günəşi kölgəyə dəlil etdim" deyir. İkisinin ayrı-ayrı yaradıldığını söyləyir. Allah, "Günəş üçün işığı ayrı yaradıram, kölgəni ayrı yaradıram" deyir . Allah, "Sonra o kölgəni yavaş-yavaş Özümüzə tərəf çəkdik" deyir. Allah yəni, "o yavaş-yavaş çəkməyi də Mən edirəm" deyir. "Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən Odur". Fəaliyyət zamanı edəndir. 50-ci ayə: "Biz düşünüb ibrət alsınlar deyə o suyu onların arasında paylaşdırdıq" Yəni öyüd almaq, düşünmək, dərin düşünmək Quranın həmişə bizə bildirdiyi, Allahın bizə bildirdiyi hökmlərdir. "Lakin insanların çoxu küfrdən başqa bir şey qəbul etmədilər". Məhz onun üçün iman həqiqətləri çox əhəmiyyətlidir. İman həqiqətlərinin izah edilməsi çox əhəmiyyətlidir. Məsələn, biz insanların çoxuna İslam şəriətini izah etsək anlamazlar. Amma iman həqiqəti izah etsək anlayarlar inşaAllah. Bax "insanların çoxu küfrdən başqa bir şey qəbul etmədilər". "Belə olduqda sən kafirlərə baş əymə və onlara qarşı bununla (bu Quranla) böyük bir cihad et!" Nə et? Yalnız Quranla. Biz nə edirik? Quranla izah edirik. Əlavələr edirikmi? Yox. Bir qisim insanlar diqqət yetirmirlər. Quranda Allah davamlı "insanların əksəriyyətinin iman etmədiyini, düşünmədiyini, ağıllarını işlətmədiklərini" söyləyir. 41-ci ayə: "Onlar səni gördükdə ancaq sənə lağ edir və deyirlər: "Allahın elçi göndərdiyi kəs budurmu ?" Bax insanlarda həmişə belə bir pozğunluq vardır. Məsələn hz. Mehdi (ə.s.) ilə də lağ edəcəklər. "Allahın göndərdiyi hz. Mehdi (ə.s.) budurmu? hz.İsa (ə.s.) budurmu?" deyəcəklər. "Əgər biz məbudlarımıza tapınmaqda səbirli olmasaydıq, az qala o bizi onlardan uzaqlaşdıracaqdı". Yəni gələn Mehdilər o qədər şiddətli mübarizə edirlər ki, küfr, "az qala iman edəcəkdik, o qədər güclü təsir edirlər" deyir. İndi də müqavimət göstərirlər, amma bir müddətdən sonra iman edirlər. "Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillikmi edəcəksən?" "Nəfsinin istəyini" öz özbaşına hərəkət edir, Qurana görə hərəkət etmir. Qurandakı açıq hökmləri açıqlayırıq, məsələn, Qurandan dəlil veririk. Məsələn, hz. Musa (ə.s.)-ı misal çəkdim, hz. Süleyman (ə.s.)- ı da misal çəkdim, Peyğəmbərimiz (s.ə.v.)- i da misal çəkdim, amma adam qəbul etmir. Mütləq ki, bütdən dəlil istəyir. Bütlərdən dəlil istəyir. Allah Qurandan dəlil verməyimizi istəyir. "Qurandan dəlil verdim" deyirəm, "yox mən Quranın dəlilini qəbul etmirəm." Yaxşı, necə bir dəlil istəyirsən? "Mənə büt olsa qəbul edərəm" deyir. Bütü də mən qəbul etmirəm onda nə edəcəyik? O zaman olmadı . Sən Quranı qəbul edəcəksən, başqa cür olmaz. Mənə, Qurana qarşı bütlə gəlirsənsə, ediləcək bir şey olmaz. Çünki sən Quranı qəbul etdim deyə qarşıma gəlirsən, "bütü də əlavə et" deyirsən. Biz də deyirik ki "bütü burax, yalnız Quran olsun". "Yalnız Quran mənə kafi deyil" deyirsən. O zaman dinlə əlaqə qalmaz. Çünki axirətdə biz Qurandan sorğu-sual olunacağıq inşaAllah.

Free Traffic Exchange