Əhzab surəsi, 51, 52-ci ayələrin təfsiri

2013-12-04 4

Adnan Oktar: Cənabı Allah Peyğəmbərimiz (s.ə.v)-ə belə deyir: Əhzab surəsi, 51-ci ayədə. "Onlardan" xanımlarından, cariyələrindən, azad cariyələrindən "istədiyinin səninlə gecələmək növbəsini təxirə sala bilərsən", istəsən onlarla birlikdə olmazsan "istədiyini də öz yanına ala bilərsən", öz evində, yanında tuta bilərsən, "özündən ayırdıqlarından hansı birini yenidən öz yanına almaq istəsən" yəni, istədiklərini, darıxdıqlarını yanına almaqda "sənə heç bir günah olmaz". Münafiqlər bunu da dillərinə dolamışdılar, Allah o mövzuda Peyğəmbərimiz (s.ə.v)-i rahatlaşdırır. Münafiqlərin ən çox Peyğəmbərimiz (s.ə.v)- in əleyhinə istifadə etdiyi mövzu bu idi. Bu anda da münafiqlərin yenə ağlına ilişdiyi mövzu budur. "Bu, onların sevinmələri, kədərlənməmələri". Həyat yoldaşları sevinir, gözləri aydınlanır və kədərlənməmələri, bir möcüzə meydana gəlir, xanımlarının ürəklərinə fərahlıq gəlir. Nə qısqanclıq duyur, nə ürəklərində Peyğəmbər (s.ə.v)- ə qarşı bir inciklik olur, nə də sevgilərində bir azalma olur. Nə olur onun yerinə? Sevinirlər, kədər üstlərindən qaldırılır, möcüzə meydana gəlir. "Və sənin onlara verdiklərindən razı qalmaları üçün daha münasibdir". Məsələn, qısaca bir söhbət belə etsən, qısaca bir sevgi belə göstərsən "sənin onlara verdiklərindən razı qalmaları üçün daha münasibdir" -deyir Allah. Allah, "Allah qəlbinizdə olanları bilir. Allah Biləndir, Həlimdir" -deyir, Mülayimdir. 52: "Bundan sonra başqa qadınlarla evlənmək, gözəllikləri səni heyran etsə də, onları başqa qadınlarla dəyişmək sənə halal deyildir". Peyğəmbərimiz (s.ə.v) o qədər çox evlənir ki, görür, halal olsun babama, "aldım getdi" -deyir. Davamlı səhabə analarımız gəlirlər, Peyğəmbərimiz (s.ə.v) ilə evlənmək istəyirlər. Çox-çox evlilik olunca Cənabı Allah: "Bundan sonra başqa qadınlarla evlənmək, gözəllikləri səni heyran etsə də", ey münafiqlər və münafiq sistem yaxşı dinləyin, ifadəyə diqqət yetirin! Görmədən qadınların gözəllikləri necə xoşuna gəlsin Peyğəmbərimiz (s.ə.v)- in? "Baxmazdı" -deyirlər "mübarək". Baxmadan necə görsün Peyğəmbər (s.ə.v)?  "Bundan sonra başqa qadınlarla evlənmək, gözəllikləri səni heyran etsə də" bir qadın gəlir, gözəlliyi xoşuna gəlir, ondan sonra evlənmək istəyir. Baxın, Cənabı Allah,"gözəllikləri səni heyran etsə də, onları başqa qadınlarla dəyişmək sənə halal deyildir" -deyir, "sahib olduğun cariyələr isə istisnadır" azad cariyələr, özünü hədiyyə edən qadınlar. Cənabı Allah yalnız nikahı qadağan edir. "Allah hər şeyə nəzarət edəndir". Burada da bir hikmət var, evləndiyində miras hüququ dövrəyə girir. Peyğəmbərimiz (s.ə.v)- in malını Allah gecinden versin təbii o dövr üçün düşünürük, təbii ki, Allahın uzun-uzun bərəkətli ömürlər verməsini diləyərdik, vəfatından sonra mal bölünməsi olacağı üçün, çoxlu xanımı olduqda mal çox kiçilmiş olur. Az nikahlısı olsun deyə Cənabı Allah, mal da onlara çatacaq qədər paylansın deyə Allahu aləm, o hikmətlə Allah, kəbinlə evlənməyi dayandırır amma istədiyin qədər cariyə al deyir, istədiyi qədər azad cariyə, istədiyi qədər özünü hibə edən qadın. Çünki hibə edənlər, mehr istəmirlər, miras haqları yoxdur, mirasdan bir tələbləri olmur. "Mən səninəm" -deyir, Peyğəmbərimiz (s.ə.v.) də "aldım getdi" -deyir, Əlhəmdülillah, maşaAllah. Cariyələrdə də, azad cariyələrdə də, hibə edənlərdə də eynidir. Amma nikahlı olduğunda, nikah hüququ ayrıdır. Nikahda mehr vardır, boşanmada mehr vardır, evlənmədə mehr vardır və mal bölünməsində Allah gecinden versin, bir vəfat olduğunda, xanımlar və uşaqlar arasında mal bölünür. Amma hibə edənlərdə elə bir tələb olmur. Rəsulullah (s.ə.v)- in sevgisi onlara bəs edir. Onlara da bəs edir amma Allah elə dediyi üçün, yoxsa Peyğəmbərimiz (s.ə.v)- in malı üçün evlənmirlər. Onsuz da Cənabı Allah deyir Quran (Əhzab surəsi, 28) ayəsində var: "əgər dünya həyatının cəlbedici bəzəyini istəyirsinizsə", xanımlarının bir qismi Peyğəmbərimiz (s.ə.v)- i narahat edirlər, mal mülk buna bənzər şeylərlə, "gəlin sizi gözəlliklə boşayım" -deyir amma Allahı, Rəsulunu və axirət yolunu istəyirsinizsə, tamam, inşaAllah. Rəsulullah (s.ə.v)-i münafiqlər bu mövzuda çox çətinə salmaq istəmişdir və tək yükləndikləri mövzu budur. Aşağı yuxarı tək mövzudur. Axır zamanda da münafiqlərin tək yüklənəcəyi mövzu budur, bu mövzular ətrafında dönəcəklər. Münafiqlərin sistemi həsədlik üstünədir. Hz. Həsən (r.ə) və hz. Hüseyn (r.ə)- in şəhid edilməsində də bu mövzu vardır, onların yaraşıqlılıqları, gözəllikləri, zənginlikləri və çox xanımlı olmalarıdır. Başqa heç bir səbəbi yoxdur. Eyni xurafatçı, eyni namərd zehniyyət, axır zamanda da yenə ortaya çıxacaq. Hətta Rəsulullah (s.ə.v.) hz. Mehdi (ə.s)- dan bəhs edərkən, rəngi solur. Eyni şəkildə Axır zamanda münafiqlərin azğınlıq göstərəcəyi deyilir. Amma hz. Mehdi (ə.s) yamandır. Yaman ki, nə yaman. "Önünə dağlar çıxsa, dağ