Nəml surəsi 1-3, 14, 15, 17, 23, 25, 28, 30, 31, 41, 42, 44-cü ayələrin təfsiri

2013-12-03 5

Adnan Oktar: Nəml surəsindən oxuyaq. Rəhman və Rəhim olan Allahın adıyla. Şeytandan Allaha sığınıram. 1: "Ta. Sin", Ta Sin görəsən taxt-ı Süleymanamı baxır? Çünki cinlərlə əlaqədə "Ta Sin"-in şifrə istiqaməti var. Ola bilər ki, taxt-ı Süleymana baxır. Mən bir az üstü örtülü söyləyim, siz artıq nə anlayırsınızsa anlayın. "Bu, Quranın və açıq-aydın bir Kitabın ayələridir. 2: Möminlərə doğru yol göstəricisi və müjdədir". Hz. Mehdi (ə.s) nədir eyni zamanda?  Hidayətə vəsilə olan, deyilmi? Hz. Mehdi (ə.s) kəliməsi onsuz da hidayətə vəsilə olan və Allahdan bir müjdədir. İşari mənası olaraq söyləyirəm. Baxın "Bu, Quranın və açıq-aydın bir Kitabın ayələridir". Bir Quranın ayələri var. Bir də açıq-aşkar olan kitabın ayələri var. Buradakı ifadə qədərin ayələrinə də baxır: "Bu, Quranın və açıq-aydın bir Kitabın ayələridir". Qədərdəki hadisələr də Allahın ayələridir, ona da işarə edir. "Möminlərə doğru yol göstəricisi və müjdədir". Hz. Mehdi (ə.s) nədir? Hidayət və müjdədir, hidayətə vəsilə olan bir müjdədir. 3: "O kəslərə ki, namaz doğru-düzgün qılır". Tam Quranda təsvir edildiyi kimi. "Zəkat verir və axirətə qətiyyətlə inanırlar". İnsanların bir çoxu axirətə qəti olaraq iman edə bilməz. Məsələn, münafiqlər qətiliklə iman etmədikləri üçün, münafiq olurlar.

Baxın onsuz da burada, "Ta. Sin"  taxt-ı hz. Süleyman (ə.s)- a baxdığını düşünürük, Allahu aləm, mənalarından biri olaraq söyləyirəm. Onsuz da 27-ci ayəyə, 26-cı ayəyə, 16-cı ayəyə və 15-ci ayəyə baxdığımızda bir çox möcüzələr görürük.

14-cü ayədə, Şeytandan Allaha sığınıram. "Buna qəti inandıqları halda" -deyir. Ayə münafiqlərə işarə edir, inşaAllah. "Zülm və təkəbbürlə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu!" Münafiqlər Qurandan çox xoşları gəlməz. Amma xurafat və büt adamlar, büt kitablar, büt inanclar, olduqda, dərhal oraya gedərlər. "Allah belə deyir" desən ,"mənim bütüm də belə deyir" deyər. Diqqət yetirin münafiqin silahı həmişə bütdür, şirkdir. Qurandan danışa bilməz.

15-ci ayədə Allah: "Biz Davuda və Süleymana elm verdik". Hz. Davud (ə.s) və hz. Süleyman (ə.s) hər ikisi də Quranda hz. Mehdi (ə.s)-a işarə olaraq həyatlarından bəhs edilər. "Elm verdik", hz. Mehdi (ə.s)-ı da Allah bir gecədə xüsusi hallarla təchiz edir. "Onlar dedilər: "Bizi Öz mömin qullarının çoxundan üstün tutan Allaha həmd olsun!"" Çünkü onlara daha ayrı bir seçilmişlik xüsusiyyəti verilir. 17: "Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplanıldı".

28: "Mənim bu məktubumu apar onların yanına at. Sonra bir qədər uzaqda dur və bax gör nə cavab verəcəklər!" Təbliğdə izahatdan sonra, o insanın düşünməsi üçün ona vaxt verməyin əhəmiyyətinə Quran diqqət çəkir.

30-cu ayədə: "O məktub Süleymandandır və onda deyilir: "Mərhəmətli və Rəhmli Allahın adı ilə!"" Bir şeyə başlarkən Rəhman və Rəhim olan Allahın adıyla başlamaq, ona bərəkət gətirər, gözəllik tələb edir, inşaAllah. 31: "Mənə qarşı təkəbbür göstərməyin". Münafiqlərin, küfrün başlıca bəlası nədir? Qürur, təkəbbür hissi. Təvazökar insanlar həmişə sevilərlər. Gözəl xasiyyətli insanlar həmişə sevilərlər, yaxşı niyyətli insanlar həmişə sevilərlər. Eqoistlik edənlər, murdar adamlardır.

Baxın orada bir xanım var: dövlət başçısı olan Səba Məlikəsi. Deməli, qadından idarəçi olarmış.

 23-cü ayədə "Çox böyük bir taxtı olan bir qadın gördüm" -deyir, taxt-ı Süleyman.

25: "Şeytan ona görə belə etmişdir ki, göylərdə və yerdə gizli olanı aşkara çıxardan" cinlərdə də Allahın diləməsi ilə göylərdə və yerdə olanı gizli olanı, tapma xüsusiyyətləri vardır. Bir sənəd, bir kağız hər hansı bir şey əgər lazımdırsa, bəzi insanlar Allahdan dua ilə cini vəsilə edərək istəyə bilirlər. Təbii ki, hamısını rahat-rahat izah edə bilmirəm.

41: "Süleyman dedi: "Onun taxtını tanınmaz hala salın"" Allah Allah, taxtdan nə qədər çox bəhs edir Quran. "Görək onu tanıyacaq və ya tanımayanlardan olacaq? 42: Qadın gəldikdə ona: "Taxtın bu cürdürmü?" - deyildi. O dedi: "Eynilə odur!"" Üç ölçülü, dəqiq görünüş ətrafındakı insanlarla birlikdə, görünüşüylə birlikdə meydana gəlmiş.

"Süleyman dedi: "Bizə ondan əvvəl elm verilmiş və biz müsəlman olmuşuq!""

44: "Qadına: "Saraya daxil ol!" - deyildi". Hz. Süleyman "Saraya daxil ol!" -deyir. Bu xanım, Səbadan gələn bir xanımdır. Yeni tanış olurlar hz. Süleyman (ə.s)-la. Hz. Süleyman (ə.s) üzünü ondan çevirib danışmamazlıq etmir. Bəzi qardaşlarımız deyir axı "niyə xanımlarla danışırsan?" Üz-üzə danışır. "O, sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi", hz. Süleyman (ə.s) "gir" deyir. Dərin bir su kimi göstərir, qadına zarafat edir. Gir demək nə deməkdir? "Suya gir" deyir. Onu hovuz olara