Adnan Oktar: Şeytandan Allaha sığınıram, Zuxruf surəsi, 57-ci ayədə Cənabı Allah Peyğəmbərimiz (s.ə.v)- ə belə xitab edir: "Məryəm oğlu misal çəkilincə sənin qövmün dərhal"- İsa Məsih haqqında- "onun haqqında (keflə danışıb) qəhqəhələrlə gülürlər". Yəni məntiqsiz hesab edirlər. Allah İsa Məsih mövzusunu lağ mövzusu edildiyini deyir.
59-cu ayədə Allah: “O, yalnız və yalnız Bizim nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir quldur"- deyir.
60-cı ayədə Allah belə buyurur: Əgər istəsəydik, yer üzündə içinizdən sizi əvəz edəcək mələklər yaradardıq". Cənabı Allah, “Yəni siz mələk gözləməyin"- deyir. Əgər insanlar mələk olsaydı, əvəzləyici olaraq da mələk gələrdi. Amma siz insansınız, insan olduğunuza görə yerinizə əvəzləyici olaraq yenə insan gəlir.
61-ci ayədə Allah belə deyir: “Həqiqətən, İsanın yer üzünə enməsi Saatının (qiyamət) yaxınlaşmasının əlamətidir. Qiyamətə şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol!" 62-ci ayə. “Şeytan sizi doğru yoldan döndərməsin. Şübhəsiz ki, o sizin açıq-aydın düşməninizdir"- və 63- cü ayədə də- Allah “ İsa aydın dəlillərlə gəldiyi zaman dedi: “Mən sizə hikmət gətirmişəm və barəsində ziddiyyətə düşdüyünüz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin!", buyurur.